"Avro Bölgəsində iqtisadi inkişaf dayanmağa çox yaxındır"
Mərkəzi ofisi Londonda yerləşən "Oxford Economics" iqtisadi tədqiqatlar mərkəzi, Avro Bölgəsi iqtisadiyyatında inkişafın (artımın) hələ də dayanmağa çox yaxın səviyyədə olduğunu bildirib.
"Marja" xəbər verir ki, İqtisadi tədqiqatlar mərkəzindən verilən açıqlamada, oktyabr ayında Avro Bölgəsində Satınalma Menecerləri İndeksinin (PMI) 50,2 səviyyəsində reallaşdığı qeyd edilərək, bölgədə iqtisadi inkişafın dayanmağa çox yaxın olduğu bildirilib.
Sentyabrda Avro Bölgəsində PMI indeksinin 50,1 səviyyəsində reallaşdığı bildirilən açıqlamada, bölgənin emal sektorunda 2012-ci ildən bu yana ən sərt pisləşmənin görüldüyü də qeyd edilib.
Həmçinin açıqlamada Avro Bölgəsindəki məşğulluqdakı pisləşmənin istehlakçı davranışlarına əks olunaraq, iqtisadi artımı daha da ləngidəcəyi bildirilib.
"Oxford Economics" açıqlamasında Almaniyada PMI göstəricisinin 48,6 səviyyəsində olduğunu, son məlumatlarla əsasən ilin dördüncü rübündə Almaniyada iqtisadi artımın toparlanmasına dair gözləntilərin azaldığı qeyd olunub.
Açıqlamada, son məlumatların ardından Avro Zonasında iqtisadi artımın bu ilin son rübündə 0,1 faiz təşkil edəcəyinin gözlənildiyi, Avropa Mərkəzi Bankının (AMB) sədri vəzifəsinə təyin edilən Kristin Laqardın hökumətlərə maliyyə təşviq dəvət etdiyi xatırladılıb.
PMI göstəricisində 50 və daha yüksək rəqəmlər artıma, bu səviyyədən aşağı rəqəmlər isə azalmaya işarədir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 30 d. əvvəl
-
- 31 d. əvvəl
-
34 d. əvvəl
Azərbaycan Ukraynaya elektrik avadanlıqlarından ibarət növbəti humanitar yardım göndərib
- 40 d. əvvəl
-
44 d. əvvəl
İlham Əliyev “J.P. Morgan” şirkətinin sədri və baş icraçı direktoru ilə görüşüb
- 48 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
5 bankın qiymətli kağızlara investisiyaları 150 milyon manatdan çoxdur
-
3 saat əvvəl
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Əliyev və Bərzani görüşüb
Azərbaycan və Finlandiya prezidentləri görüşüb
Mercedes GLB-nin Macarıstanda istehsalına başlanılıb
Sabah Xankəndi şəhərinə ilk köç olacaq
Yanvarın 21-də gözlənilən hava şəraiti
Ən çox oxunanlar
Dünyanın ən dəyərli markaları
Ötən il Gürcüstanın Azərbaycanla ticarət dövriyyəsinin dəyəri 1,36 milyard dollar olub
“SOCAR Karbamid” Dünya İqtisadi Forumunun nüfuzlu “Qlobal mayak” Şəbəkəsinə üzv qəbul edilib
Azərbaycan neftinin qiyməti azalıb
Yaponiyada 40 illik istiqraz gəlirliliyi 4 faizə yüksəlib






















