Beynəlxalq Bankın IBA Tech Akademiyası fəaliyyətə başladı
® Azərbaycan Beynəlxalq Bankının yaratdığı IBA Tech Akademiyasında sosial layihə kimi nəzərdə tutulmuş ilk intensiv bootcamp kurslarına start verilib.
Tələbələr sentyabrın 9-dan 30-a qədər davam edən qəbul prosesi zamanı onlayn ərizə göndərmiş namizədlər arasından seçilib. Qəbul prosedurunun bütün mərhələlərini uğurla keçən namizədlər kurslarda iştirak hüququ qazanıb.
Qəbul prosesində fiziki məhdudiyyətli şəxslərə də bərabər imkanlar mühiti yaradılıb. Müraciət edən 15 fiziki məhdudiyyətli gəncdən 3 nəfəri qəbul mərhələlərində göstərdiyi yüksək nəticələrə uyğun olaraq Akademiyaya qəbul edilib. Beləliklə, IBA Tech Akademiyası inklüziv təhsil mühitində fəaliyyətə başlayıb. Akademiya tələbələrinin orta yaş həddi 24 yaşdır. Tələbələrin 21 faizi xanımlardan ibarətdir.
Azərbaycan Beynəlxalq Bankı belə bir Akademiyanı Korporativ Sosial Məsuliyyət layihəsi çərçivəsində yaradıb. Burada məqsəd ölkəmizin əmək bazarındakı ehtiyacları nəzərə alaraq peşəkar informasiya texnologiyaları mütəxəssislərinin hazırlanmasına dəstək olmaqdır. Ölkəmizin biznes mühitində ilk dəfə reallaşdırılan bu sosial layihə çərçivəsində Akademiyada təhsil ödənişsizdir.
IBA Tech Akademiyasında təşkil olunan ilk intensiv bootcamp kursları ölkəmizin əmək bazarında proqramlaşdırma üzrə xüsusilə böyük tələbat olan FrontEnd və BackEnd istiqamətlərini əhatə edir. IBA Tech Akademiyası Bakı şəhəri, Neftçi Qurban küçəsi - 29 ünvanında yerləşən müasir biznes mərkəzində fəaliyyət göstərir. Dəqiq elmlər sahəsində fəaliyyət göstərmiş görkəmli alimlərimiz Lütfizadə və Azad Mirzəcanzadənin xatirəsinə hörmət əlaməti olaraq Akademiyanın 2 auditoriyasına “Lütfizadə” və “Mirzəcanzadə” adları verilib.
Təlimləri beynəlxalq təcrübəli mütəxəssislər İsrailin məşhur TELEM metodikası əsasında aparırlar. Kurs müddətində xüsusi fərqlənən məzunların işlə təminatına kömək göstəriləcək.
Qeyd edək ki, yaxın vaxtlarda IBA Tech Akademiyasına yeni proqramlar üzrə də qəbul nəzərdə tutulur. Bu barədə ictimaiyyətə müntəzəm məlumatlar veriləcək. Proqramlara qoşulmaq istəyən şəxslər yenilikləri www.ibatech.az saytından və Akademiyanın sosial şəbəkələrdəki korporativ səhifələri üzərindən izləyə bilərlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
51 d. əvvəl
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
-
- 55 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident İlham Əliyev Rusiya Hökuməti Sədrinin müavinini qəbul edib
-
1 saat əvvəl
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
-
1 saat əvvəl
Abşeron Logistika Mərkəzi 80 000 m² yeni anbar kompleksini istifadəyə verdi
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycan və Rusiya yükdaşımaların həcminin daha da artırılması üzrə tədbirləri müzakirə ediblər
Tramp: İran razılığa gəlmək istəyir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
SOCAR-ın prezidenti bp-nin icraçı vitse-prezidenti ilə görüşüb
Supermarketlər şəbəkəsinin Xırdalanda filialı açılacaq
Bank Şirvanda yeni filialını açdı
Banklara ipoteka üçün yeni limitlər ayrıldı
İranda müharibə ilə Dollar bahalaşır, avro və funt ucuzlaşır
Müharibənin ABŞ üçün xərci hesablanıb
TAP-ın ötürücülük gücü əlavə olaraq 1,2 milyard artırılıb
Böyük Britaniya Azərbaycana yeni səfir təyin etdi
“Trendyol”da Novruz endirimləri başlayır



















