Ramin Quluzadə müşavirə keçirib
Bu gün Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Mingəçevir şəhərində, nazirin birinci müavini Əli Abdullayev Yevlax rayonunda vətəndaşlarla görüşüb.
Nazir Mingəçevir və Ağdaş, nazirin birinci müavini isə Yevlax sakinlərini qəbul edib.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, vətəndaşlar tərəfindən əsasən nəqliyyat, telekommunikasiya, informasiya texnologiyaları və poçt rabitəsi ilə bağlı müraciətlər səsləndirilib.
Vətəndaş qəbullarından sonra nazir Ramin Quluzadə və nazirin birinci müavini Əli Abdullayev nazirliyin müvafiq qurumlarının rəhbərlərinin iştirakı ilə müşavirə keçirib. Müşavirədə vətəndaşların müraciətlərində irəli sürülmüş məsələlərlə bağlı müzakirə aparılıb. Nazirlik vətəndaşların müraciətlərinin detalları barədə məlumat açıqlamayıb.
Son vaxtlar regionlarda telekommunikasiya üzrə ən çox şikayət İnternet ilə bağlıdır. Vətəndaşlar “Aztelekom”un internetinin keyfiyyətsiz olduğunu bildirirlər.
Müştərilərin xəbərləri
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
Ziraat Bank Azərbaycan biznes müştəriləri üçün əmək haqqı layihəsi üzrə güzəşt kampaniyasına start verir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 7 saat əvvəl
-
-
11 saat əvvəl
SOCAR-ın prezidenti “Baker Hughes” şirkətinin icraçı vitse-prezidenti ilə görüşüb
- 11 saat əvvəl
-
11 saat əvvəl
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
-
11 saat əvvəl
Biznes krediti qoyuluşları üzrə ən yüksək artım nəqliyyat və tikinti sahələrində olub
-
11 saat əvvəl
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 12 saat əvvəl
- 13 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Nazirlikdə dövlət borcu yığıncağı
Mərkəzi Bank: Uçot faiz dərəcəsinin digər bazar faizlərinə təsiri zamanla daha da güclənir
Fiziki şəxslərin əmanətlərinin dollarlaşma səviyyəsi daha da azalıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
Azərbaycanda ötən il 35 mindən çox ev tikilib
7 min avroya yaxın maaş və uzunmüddətli iş imkanı
Bütün “Kristal” layihələri artıq bir ünvanda - yeni mərkəzi satış ofisi fəaliyyətə başladı
“Xonça” brendinin ilk kafe konseptli mağazası açılıb






















