Bank direktoru: Yeni konsaltinq xidməti müştərilərimizin işini xeyli asanlaşdıracaq
2018-ci ilin oktyabr ayının 1-dən 2019-cu ilin oktyabr ayının 1-dək qeydiyyata alınan vergi ödəyicilərinin sayı 948 min 714-dən 1 milyon 42 min 232-yə yüksəlib. Maraqlıdır ki, aktiv vergi ödəyicilərinin sayı 479 min 459 təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 54 min 884 çoxdur. Artım həm fiziki şəxslərin, həm də hüquqi şəxslərin hesabına təmin olunub. Təcrübədə sübut olunub ki, vergi ödəyicilərinin mütləq əksəriyyətinin vergi sahəsində məsləhətlərə ehtiyacı var. Məhz yuxarıda qeyd edilənlər AccessBank-ı "Vergi məsləhətçisi" xidmətini yaratmağa ilhamlandırın. Bu yeniliyin köməyi ilə sizin heç bir sualınız cavabsız qalmayacaq.
Layihənin detalları barədə AccessBank-ın baş direktoru Elşən Pirmalıyev ilə söhbətləşdik.
- Cənab Pirmalıyev, konsaltinq xidmətinin tətbiq olunması zərurəti nədən yarandı?
- İstənilən xidmət və ya məhsulun bazara çıxarılması prosesində AccessBank ilk növbədə çalışır ki, onlar maksimal şəkildə müştərilərin tələbatına uyğun olsun. "Vergi məsləhətçisi" xidməti də məhz buna xidmət edir. Bizim əsas məqsədimiz biznesə tam dəstəyin verilməsidir. Hətta buna görə, bankımız "Biznesin dostu" adını da qazanıb və bu adı qorumaq üçün daim yeniliklərə imza atır. Şübhə etmirəm ki, tətbiq etdiyimiz növbəti yenilik də müştərilərimizin və potensial müştərilərimizin işini xeyli asanlaşdıracaq. Bilirik ki, sahibkarların əksəriyyətini vergi ilə bağlı suallar maraqlandırır. "Vergi məsləhətçisi"nin köməyi ilə müştərilərimizin heç bir sualı cavabsız qalmayacaq, üstəlik, onlar biznesinə daha çox vaxt ayıra biləcək.
- Xidmətin detalları barədə söz açmazdan öncə bir sual vermək istərdik. Siz "potensial müştərilərimiz" ifadəsini də işlətdiniz. Bu, o deməkdir ki, xidmətdən yalnız AccessBank-ın müştəriləri yararlanmayacaq?
- Tamamilə doğrudur, "vergi məsləhətçi"lərimiz AccessBank-ın müştərisi olmayan sahibkarlara da faydalı məsləhətlər verəcək.
- Lahiyənin reallaşmasında əsas məqsəd nədən ibarətdir?
AccessBank-ın yaranmasında əsas məqsəd ölkədə mikro, kiçik və orta sahibkarlığın, ümumilikdə real sektorun inkişafına dəstək verməsidir və fəaliyyət göstərdiyimiz illər ərzində biz missiyamıza sadiq qalmışıq. İqtisadi şəraitə uyğun olaraq daim müştərilərimizin ehtiyaclarının qarşılanmasına və onlara dəstək olmağa çalışmışıq. Fəaliyyət müddətimiz ərzində bir gün də olsa onların maliyyə çıxış imkanlarını məhdudlaşdırmamaqla, etibarlı və sabit maliyyə tərəfdaşı olduğumuzu isbatlamışıq.
Hesab edirəm ki, maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsində də nəzərdə tutulduğu kimi sektorun əsas iştirakçıları olan banklar da maliyyə savadlılığının artırılmasına dəstək verməlidirlər. Layihənin də məqsədi məhz bundan ibarətdir. Razılaşın ki, lahiyənin reallaşdırılmasının maliyyə zəncirində iştirak edən bütün tərəflər üçün faydası var.
Qeyd etmək istərdim ki, AccessBank öz fəaliyyətində biznesə qeyri-maliyyə xidmətlərinin göstərilməsi sahəsinə xüsusi diqqət ayırır. Belə ki, yerli biznes nümayəndələrinin maliyyə savadlılığının artırılması çərçivəsində bank sektorunda ilk dəfə olaraq AccessBank NFS (Non-Financial Services) layihəsini reallaşdırdı. Cari ilin ortalarında isə biznes müştərilərimiz arasında keçirilən sorğu əsasında 100-dən artıq sahibkarın iştirakı ilə vergi və gömrük sahələrinə dair biznes forum keçirdik.
- İndi isə yeni xidmətin detalları barədə danışaq. AccessBank-ın bu xidmətindən yararlananlar hansı vergi məsləhətlərini alacaqlar?
- Bu xidmətdən yararlananlar həm vergi məsələləri üzrə konsultasiya xidməti almaq imkanı qazanacaq, həmçinin vergi və DSMF hesabatlarının hazırlanmasında dəstək alacaqlar. Bundan başqa, ehtiyac olarsa, tərəfimizdən vergilərlə bağlı təlimin keçirilməsi də mümkündür. Onu da bildirmək istəyiriəm ki, bu xidmət Bank ilə əməkdaşlıq edən ixtisaslaşmış konsaltinq şirkəti tərəfindən həyata keçiriləcək.
Xidmətdən faydalanmaq üçün sadəcə 151 nömrəsinə zəng etmək kifayətdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
4 həftə sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
-
-
1 gün əvvəl
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
-
2 gün əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
2 gün əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
2 gün əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 2 gün əvvəl
-
2 gün əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
“Azerbaijan Business Award - 2025” mükafatının təqdimetmə mərasimi keçirildi - LAUREATLAR
“Bu mərhələ tamamlandı” - Naim Əzizov yeni planlarını açıqladı
OpenAI-ə böyük investisiya: Amazon-dan 50 milyard, NVIDIA və SoftBank Group-dan 60 milyard dollar sərmayə
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Kriptovalyuta ticarəti kursu
Ən çox oxunanlar
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq




















