Manat əmanətlərinə daha yüksək faizlər tətbiq edilir
Bir sıra banklar manat əmanətləri üzrə faiz dərəcələrini artırmağa başlayıblar.
"Marja" xəbər verir ki, Bank Respublik tərəfindən milli valyuta ilə 6 və 12 ay müddətinə qoyulan əmanətlər üzrə faiz dərəcəsi 3% artırılaraq illik 15 % təşkil edir.
Yığım Əmanəti üzrə: 3 ay üçün 10%, 6 ay üçün 12%, 12 ay üçün isə illik 14% dərəcəsində müəyyən edilib.
“Azər-Türk Bank” ASC Azərbaycan manatı ilə qəbul etdiyi klassik əmanətlərin faiz dərəcələrini 3,5% artırıb. Məlumata görə, hazırda “Azər-Türk Bank”da 1 il müddətinə milli valyuta ilə yerləşdirilən əmanətlərə görə faizlərin aylıq və yaxud müddətin sonunda götürülməsindən asılı olaraq 13,5-14% divident vəd edilir. İndiyə qədər illik gəlirlilik 10-10,5% olub.
“DəmirBank” və “ExpressBank” da Manat əmanətlərini bahalaşdırıb. Müddətdən və faizlərin götürülməsi şərtindən asılı olaraq "DəmirBank" 15-18%-lə, “ExpressBank” isə 13,5-17%-lə əmanət qəbul edir.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 5 gün sonra
- 4 saat əvvəl
-
- 4 saat əvvəl
-
6 saat əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
ABŞ - İran gərginliyi artdıqca qızılın daha da bahalaşacağı və unsiyasının 6200 dollara çatacağı nəzərdə tutulur
Tramp bütün ölkələrə 10 faiz gömrük rüsumu tətbiq edib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib
Beynəlxalq analitik şirkətdən Dollar/Manat məzənnəsilə bağlı proqnoz






















