İri dövlət şirkətlərinə dair vahid məlumat bazası formalaşdırılır
Azərbaycan Respublikası Nazirlər Kabineti 4 sentyabr 2019-cu il tarixində “İri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması və ondan istifadə Qaydaları”nın təsdiq edilməsi barədə Qərar qəbul edib. Bu qaydalar “Dövlət əmlakının özəlləşdirilməsinin sürətləndirilməsi və idarə edilməsinin səmərəliliyinin artırılması ilə bağlı bəzi tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 19 iyul 2016-cı il tarixli Fərmanı əsasında hazırlanıb.
Əmlak Məsələləri Dövlət Komitəsi dövlət əmlakının idarə edilməsində səmərəliliyin artırılması, dövlət əmlakının qorunub saxlanılması və istifadəsi üzərində dövlət nəzarətinin təkmilləşdirilməsi ilə bağlı iri dövlət şirkətlərinə dair vahid məlumat bazasının formalaşdırılması istiqamətində artıq intensiv işlər görür.
Komitənin yaydığı məlumatda bildirilir ki, bu platforma ayrıca bölmə olaraq komitənin Elektron Xidmətlər Portalında yerləşdirilib. Özündə 20-ə yaxın iri dövlət şirkətinin cəmləşdiyi platformada kadr uçotu üzrə məlumatlar, maliyyə və mühasibat göstəriciləri, o cümlədən daşınmaz əmlaka dair hesabat formaları yer alır. Məlumat bazasına iri dövlət şirkətləri tərəfindən onlayn rejimdə müvafiq məlumatları daxil etməyə imkan verən veb platforma yaradılmışdır.
Kadr uçotu hissəsində informasiya sisteminin iştirakçılarına aid ştat vahidi, faktiki işləyənlərin sayı, vakant yerlərin sayı, mühəndis-texniki heyətin sayı və əməkhaqqı fondu barədə məlumatlar əks olunub. Maliyyə göstəriciləri özündə “Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına əsasən mühasibat uçotunun aparılması Qaydaları”na 1 və 2 nömrəli əlavələrdəki hesabat formaları və bu formalarda göstərilən məlumatları cəmləşdirib. Daşınmaz əmlaka dair məlumatlara isə bu sistemin iştirakçılarına aid daşınmaz əmlakın sayı, tikililərin ümumi sahəsi, istehsal təyinatlı binaların sahəsi, tikililərin balans dəyəri, tikililərin qalıq dəyəri və ümumi torpaq sahəsi barədə informasiyalar aiddir.
Həmin məlumatlar iri dövlət şirkətləri tərəfindən informasiya sisteminə gücləndirilmiş elektron imzadan və ya digər elektron eyniləşdirmə vasitələrindən istifadə olunmaqla daxil edilməli və təsdiqləyən şəxsin gücləndirilmiş elektron imzası ilə imzalanmalıdır.
Bu informasiya sistemi vasitəsilə dövlət əmlakı daha səmərəli istifadə ediləcək, həmin müəssisələrdə korporativ idarəetmənin tətbiqi və onların maliyyə-təsərrüfat fəaliyyətində şəffaflıq artırılacaq. Həmçinin iri dövlət şirkətlərinin maliyyə-təsərrüfat fəaliyyəti müqayisəli təhlil ediləcək, daxil edilən məlumatlar real vaxt rejimində əldə olunacaq.
Tam əhatəli, dəqiq, etibarlı və çevik qaydada yeniləşən bazaya gələcəkdə digər dövlət müəssisələrinin də inteqrasiyası həyata keçirilə bilər.
"İnformasiya sisteminə daxil edilmiş məlumatların mühafizəsi yüksək səviyyədə aparılır, tam olaraq təhlükəsizlik təmin edilir",- məlumatda deyilir.
Qeyd edilməlidir ki, bu informasiya sisteminin operatoru Əmlak Məsələləri Dövlət Komitəsidir.
Müştərilərin xəbərləri
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
SON XƏBƏRLƏR
- 5 gün sonra
-
5 saat əvvəl
Dubayda əmlak almaq üçün yeni fürsət: Bakıdan xüsusi təqdimat keçiriləcək
- 5 saat əvvəl
-
-
5 saat əvvəl
Dünya bazarında neft daha da ucuzlaşdı - QİYMƏTİ 4 FAİZDƏN ÇOX DÜŞÜDÜ
-
5 saat əvvəl
Qızıl daha da ucuzlaşdı - QİYMƏTİ 4000 DOLLARDAN DA AŞAĞI DÜŞDÜ
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bəzi bank müştərilərinin kart hesablarında yaranan problemə aydınlıq gətirildi
-
9 saat əvvəl
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Yayda pul qazanmaq istəyən TƏLƏBƏLƏR işə dəvət olunurlar
Bir sıra bankların müştərilərinin hesablarından vəsaitlərin təkrar silinməsi məsələsilə bağlı yeni məlumat
Azərikard Prosessinq Mərkəzinin AÇIQLAMASI
Ən çox oxunanlar
Sığorta bazarında böyümə könüllü sığortalar hesabına baş verib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Kredit sığortasında 50 faizdən çox artım var
Mənzillər münasib şərtlərlə -770 AZN-dən başlayan aylıq ödəniş!
PAŞA Bank səhmlərinin ilkin kütləvi təklifinə həsr olunmuş “Açılış Zəngi” keçirilib
Azərbaycanın sığorta bazarı cüzi artıb
























