Azərbaycan şirkətindən həssaslıq – 2 OBRAZ YARADARAQ HƏRƏKƏTƏ KEÇDİ
“İnci” şirkətlər qrupu uşaqlarda qorxu yaradan, onları kobud edən, tərbiyələrinə mənfi təsir göstərən xarici cizgi filim obrazlarından qorunmaq üçün 2 obraz yaradıb.
Azərbaycanda məktəb və ofis ləvazimatlarının əsas tədarükçüsü “İnci” Şirkətlər Qrupu xarici cizgi film qəhrəmanlarının uşaqlara təsirini azaltmaq üçün yeni layihəsini təqdim edib. 8 Avqust 2019-cu il tarixində Bakıda “Four Seasons” mehmanxanasında layihənin təqdimatı olub.
“Marja”nın məlumatına görə, şirkətlər qrupu uşaqlar üçün 2 obraz yaradıb. Ofi və Sait.
Qızı təmsil edən Ofi “karandaş”, oğlanı təmsil edən Sait isə “fırça”dır. Ofi və Sait adları şirkətə məxsus “Ofisait” mağazasının adından götürülüb.
OBRAZLAR UŞAQLARA DOĞRU ÖRNƏK OLMAQ ÜÇÜN YARADILIB
Hər iki obraz ilə əsas hədəf uşaqlara doğru örnək olmaqdır. Ofi və Saitin iştirakı ilə maarifləndirici videolar, sosial çarxlar hazırlanacaq və cizgi filimləri çəkiləcəkdir. Eyni zamanda, bu iki qəhraman tez-tez “İnci” Şirkətlər Qrupuna məxsus “Ofisait”mağazalarında olacaqlar. Onlar mağazaya alış-verişə gələn uşaqları həm maarifləndirəcək, həm də əyləndirəcəkdir.
Təqdimat mərasimində çıxış edən “İnci” Şirkətlər Qrupunun direktoru İsa Abbasov bildirdi ki, Ofi və Saitin azərbaycanlı uşaqların sevimlisinə çevirmək qarşıya məqsəd qoyulub:
“Biz uşaqlıq dövürümüzü Dovşan və Canavar, Siçan və Pişik kimi cizgi filim qəhrəmanlarına baxaraq keçirdik. Bugün isə uşaqlar Maşa və Ayı, Spiderman, Garifeld-ə və s xarici cizgi filmi qəhramanlarına baxırlar. Bu obrazlar bir çox hallarda uşaqlarımıza doğru örənək olmurlar. Uşaqlarımızın milli ruhda böyümələrində bizim də üzərimizə məsuliyyət düşdüyünü dərk edirik. Satdığımız məhsulların istifadəçiləri uşaqlar da olduğu üçün, biz fikirləşdik ki, necə töhfə verə bilərik. Düşündük, qərar gəldik: Uşaqlara həmişə doğru örnək ola biləcək 2 obraz yaradaq”.
“HƏR KƏSDƏN İDEA VƏ SSENARİ GÖZLƏYİRİK”
İsa Abbasov əlavə etdi ki, bu işdə hər kəsdən kömək gözləyirlər:
“Bu işdə hər kəsdən dəstək istəyirik. Ssenaristlərimizdən xahiş edirik ki, örnək ola biləcək, uşaqlara öyrədəcək, nümunə olacaq ssenarilər yazsınlar. Böyüklərə hörmət, çevrəmizə xeyir vermək, vətənimizə sevgi göstərmək üçün idealar versinlər.Sonra biz bunları film və cizgi filimləri halına gətirəcəyik. Həmçinin, uşaqların yol hərəkəti qaydalarına düzgün riayət etmələri üçün bu obrazlar ilə sosial çarxlar da hazırlanacaqdır”.
Şirkətin hədəflərindən biri də, hər iki obraz vasitəsilə uşaqlara markaları tanıtmaq və onların keyfiyyətli ləvazimatlardan istifadələrinə nail olmaqdır.
“MƏKTƏB LƏVAZİMATLARI BÖYÜK MƏSULİYYƏT TƏLƏB EDİR”
“İnci” Şirkətlər Qrupunun İdarə Heyətinin sədri, iş adamı Mikayıl Yusifov çıxış edərək bildirdi ki, rəhbərlik etdiyi şirkət hər zaman münasib qiymətlərə keyfiyyətli məhsullar təqdim etmək üçün çalışır:
“Məktəb ləvazimatları xırda bir şey deyil. Əslində ən böyük məsuliyyət bu ləvazimatlardan keçir. Belə ki, hansı cəmiyyətdə daha çox inam və etibar olarsa o cəmiyyət xoşbəxt olar. Səni nə qədər az aldadarlarsa cəmiyyətə etibarın bir o qədər artmış olur. Çox aldadılan zaman isə cəmiyyətə inamın azalır. Məsələn, bir şagirdin aldığı qələm yazmırsa, o məyus olur və həmin gündən cəmiyyətə inamı azalır. Çünki onun balaca vaxtı aldığı bir qələm onun işinə yarımayıb, o aldadılıb. Bəzi markalar var ki, doğurdan da keyfiyyətli məhsullar istehsal edirlər, amma əlçatan deyil, qiymətləri bahalıdır. Biz isə çalışırıq ki, keyfiyyət qalmaq şərti ilə qiymətlər münasib olsun. Biz istəyirik Azərbaycanda hər kəs yaxşı təhsil alsın və təhsil alan insanın ona stimul verəcək və rahat ləvazimatları olsun. Həmçinin, ofislərin də ləvazimtalar ilə bağlı çətinlikləri var idi. Bu gün təklif etdiyimiz məhsullar öz keyfiyyəti ilə ofislərdə çalışanları yaxşı işləməyə həvəsləndirir”.
Tədbirdə müxtəlif sahələrdən dəvət olunmuş qonaqlar çıxış edərək Ofi və Sait obrazlarının inkişafına və məşhurlaşmalarına öz dəstəklərini göstərəcəklərini bildirdilər.
Məlumat üçün bildirək ki, “İnci” şirkətlər qrupu “Oyal” məhsullarının satışından gələn gəlirin 10%-ni təhsilə xərcləyir. Bundan başqa, “Oyal” məhsullarının qutu dizaynı ilə Azərbaycan təbliğ edilir. “Oyal” məhsulllarının üzərində milli naxışlar ilə Azərbaycanın tarixi abidələrinin, yeni inşa olunmuş əsrarəngsiz memarlıq əsərlərinin, musiqi alətlərinin və milli nağıl qəhramanlarının rəsmləri yer alır.
Qeyd edək ki, “Oyal” məktəb ləvazimatları markası, “Assis” və “Cassa” ofis ləvazimatları markaları “İnci” şirkətlər qrupuna məxsusdur. Bu markaların məhsulları qrupa daxil olan “Ofisait” mağazalarında satılır. “Edugrata” təhsil mərkəzi, Türkiyədə fəaliyyət göstərən “Cassa” şirkəti də “İnci” şirkətlər qrupuna daxildir. “Cassa” məhsulları dünyanın onlarla ölkəsinə ixrac olunur.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
7 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 7 saat əvvəl
-
8 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
8 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 8 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Bakı–Tbilisi–Bakı marşrutu üzrə bilet satışı başlayıb
Samsung Electronics həmkarlar ittifaqı ilə razılığa gəlib - hər işçiyə 340 min dollar bonus ödəniləcək
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ


















.jpg)







