"Bank Respublika" müasir konseptdə yeni Nizami filialını açdı
® İyulun 29-da ölkənin aparıcı banklarından biri olan “Bank Respublika”nın yeni“Nizami” filialının rəsmi açılış mərasimi baş tutub.
Ən müasir bankçılıq texnologiyaları ilə təchiz olunmuş yeni filialda müştərilərin rahatlığı üçün geniş xidmət zonası olan əməliyyat zalı, eləcə də günün 24 saatı fəaliyyət göstərən bankomat və ödəniş terminalları mövcuddur.
Filialda həm fiziki, həm də korporativ müştərilərə bütün bank xidmətləri, o cümlədən, hesablaşma-kassa əməliyyatları, təcili pul köçürmələri, sərfəli şərtlərlə kreditlər, əmanətlərin qəbulu, plastik kartların sifarişi, valyuta mübadiləsi, kommunal xidmətlərin ödənişi və s. xidmətlər təklif olunur.
Qeyd edək ki, Zivərbəy Əhmədbəyov küçəsi ilə C. Cabbarlı küçələrinin kəsişməsində yerləşən yeni “Nizami” filialıdaha öncə C.Cabbarlı küç.38 ünvanında yerləşən “Nərimanov” filialının yerinə açılıb.
İldən-ilə xidmət şəbəkəsini genişləndirən “Bank Respublika”nın hal-hazırda ölkənin bütün regionlarını əhatə edən 25 filialı və 2 şöbəsi var.
Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub























