“Audi”dən şad xəbər və xəbərdarlıq - Fotolar + Video
(®) Son zamanlar Bakıda ehtiyat hissələrinin rəsmi nümayəndəliklərdən əlavə, digər kənar şəxslər tərəfindən satılması halları artıb.
Bununla bağlı Audi Bakı Mərkəzinin marketinq meneceri Xanım Orucova danışıb. O bildirib ki, son zamanlar şəhərimizdə bir sıra mağazalarda “orijinal” adı altında ehtiyat hissələrinin satışı intensivləşib:
“Müştəriləri qiymətlə cəlb edib, “dublikat” hissələri orijinal qutularda satılır. Biz “Audi” və bütün avtomobillərin sahiblərinə müraciət edərək bildiririk ki, həmin ehtiyat hissələri orijinallıqdan xeyli uzaqdır. Bu ehtiyat hissələri nəinki avtomobilinizə mənfi təsir göstərir, bundan əlavə sizin və ətrafdakı insanların həyatını da riskə atır. Statistikaya baxsaq görürük ki, Azərbaycanda baş verən qəzaların 40 faizi təəssüf ki ölümlə nəticələnir. Avropada isə bu say cəmi 2 faizdir. Üstünlük təşkil edən qəza səbəbləri düzgün xidmət olunmayan nasaz köhnə avtomobillər və saxta ehtiyat hissələrinin fəsadlarıdır, biz bu hissələrin çox qısa bir zamanda hansı vəziyyətə düşdüyünü və hansı təhlükə yarada biləcəyini dəfələrlə müştərilərə göstərmişik.. Həmçinin təhlükə barədə ətraflı məlumat veririk ki, gələcəkdə bu cür ehtiyat hissələrindən sürücülər uzaq dursunlar və qiymətə aldanmasınlar”.
X. Orucova Audi Bakı Mərkəzi haqqında yayılan şaiyələrə də münasibət bildirib. O bildirib ki, “Bəzi mağalar istehsalçının müvəqqəti yaranmış loqistika problemi nəticəsində bizim bəzi ehtiyat hissələrimizin gecikməsini bəhənə edərək Audi Bakı Mərkəzinin adından müxtəlif şayələr yayaraq özlərinə müştəri cəlb etməyə çalışırlar.
"Biz bütün olanlara son vermək və "Audi" sahiblərinə düzgün məlumatları özümüz çatdırmaq qərarına gəldik və bu hallarla mübarizəyə start verdik.
Hətta mən bir şad xəbəri də bildirim ki, üzümüzə gələn ildə "Audi" servis Sumqayıt və Gəncə şəhərində fəaliyyətə başlayacaq. Bu bölgələrdə yaşayan "Audi" sahibləri artıq uzun məsafə qət etmədən avtomobillərini dövri texniki xidmətdən keçirə biləcəklər.
Bundan əlavə, qeyd edim ki, "Audi" Bakı Mərkəzi daxili bazarda daim yeniliklərə imza atıb və növbəti şad xəbər isə çox yaxın bir zamanda zəmanəti bitmiş "Audi" modellərinə ödənişli əsaslarla zəmanət artırılması xidməti olacaq. Müştərilər simvolik bir məbləğ ödəməklə idarə etdikləri avtomobili növbəti il üçün zəmanətə sala biləcəklər. Bunun üçün sadəcə vaxtı vaxtında dövri texniki xidmətdən keçmək tələb olunur.
Müştərilər müəyyən bir simvolik məbləğ ödəməklə öz avtomobillərinin zəmanətini bir il daha artıra bilərlər. Əlbəttə, bununla bərabər dövri texniki baxış da keçirmək mütləqdir.
Ümumiyyətlə, istənilən avtomobilə ilkin olaraq rəsmi servisində qulluq olunmalıdır. Rəsmi servis istehsalçının qoyduğu tələblər və qaydalara riayət edir. Rəsmi servisdə çalışan əməkdaşlar mütəmadi olaraq təlimlərdə iştirak edir. Biz çalşırıq ki, onların işinə və avtomobillərə fərdi yanaşmasına nəzarət edək. Hər bir Azərbaycana gələn ehtiyat hissələri tam olaraq orijinaldır və Almaniyanın standartlarına uyğundur. Qoyulan hər detala "Audi" Bakı Mərkəzi 2 il zəmanət verir. Biz mütəmadi olaraq ehtiyat hissələrimizin idxalına nəzarət edirik. Servis zamanı hər avtomobilə fərdi yanaşmadan əlavə, yerli mütəxəssislərlə birgə xarici mütəxəssislər də avtomobil barədə rəy bildirirlər və servis prosesində iştirak edirlər”.
Marketinq meneceri həmçinin rəsmi "Audi" atributlarını da istifadə edənlərə də müraciət edib. O vurğulayıb ki, bir çox məkanlarda və mağazaların vitrinlərində “Audi” loqosunun istifadəsini mütəmadi olaraq görürlər:
“Biz "Audi" Bakı Mərkəzi olaraq mağaza və servislərə xəbərdarlıq edirik. Cari ilin sentyabr ayından başlayaraq "Audi" brendinin logo və diğər atributlarının hüquqlarının qorunmasına başlayırıq. Hər bir brendin loqosunun hüququ onun ölkədə olan rəsmi nümayəndəsinə məxsusdur. Hər bir "Audi" logosunun qanunsuz istifadə edən mağaza və ya servis ilə mübarizə aparacağıq. Onlar Antiinhisar siyasəti və İstehlakçıların hüquqlarının qorunması dövlət xidməti, həmçinin məhkəmə qarşısında cavab verməli olacaqlar. Sonda üzümü sözü gedən hühuqi və fiziki şəxslərə tutub demək istəyirəm ki: “növbəti ay ərzində reklam kimi istifadə etdiyiniz "Audi" atributlarını demontaj edin əks halda qanun qarşısında cavab verəcəksiniz”.
"Audi" Bakı Mərkəzinin rəsmi səhifəsi: https://www.audi.az/az/?setlang=az
Müştərilərin xəbərləri
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
SON XƏBƏRLƏR
- 2 həftə sonra
-
6 d. əvvəl
“Abşeron” qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub
- 39 d. əvvəl
-
-
48 d. əvvəl
Hökumətdən "Sea Breeze Resort" üçün qərar - 55 hektar torpaq sahəsi ayrıldı
-
1 saat əvvəl
Bankların əldə etdikləri xalis mənfəət/xalis zərər məbləğinə görə SİYAHISI
-
1 saat əvvəl
Azercell-in dəstəyi ilə “StartHer Quba” layihəsinə start verildi
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
AFB Bank 2026-cı ilin I rübünü güclü maliyyə nəticələri ilə başa vurub
-
2 saat əvvəl
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
-
2 saat əvvəl
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
- 2 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Bank 23-cü filialını Zaqatalada açdı
Hazır mənzil axtaranların diqqətinə: City Garden Narimanov”da 2, 3, 4 otaq, eləcə də studiya premium mənzillər hazırdır
2027-ci il üzrə dövlət büdcəsi 42 milyard manat proqnozlaşdırılır
Ən çox oxunanlar
Azərbaycan iqtisadiyyatı barədə yeni proqnozlar - 2030-CU İLİN SONUNADƏK DOLLAR 1,70-DƏN GÖTÜRÜLÜR
"PAŞA Bank" səhmlərinə sahib olun!
2 ilə 3 milyarddan çox artım – Azərbaycanın dövlət borcu artırılacaq
2027-2030-cu illər üzrə Ortamüddətli büdcə çərçivəsi açıqlanıb





.jpg)
.jpg)






.jpg)










