Azərbaycan Rusiya qarşısında 627 milyon dollar mənfidədir
2019-cu ilin yanvar-iyun aylarında Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 1 mlrd. 381 mln. 524,36 min dollar təşkil edib ki, bu da 2018-ci ilin müvafiq dövrünün göstəricisindən 21,4% çoxdur. Bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) aylıq hesabatından məlum olur.
Hesabat dövründə Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,13%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Yanvar-iyun aylarında Azərbaycan Rusiyaya 377 mln. 454,86 min dollar dəyərində (artım 8,1%) məhsul ixrac edib. Bütövlükdə, bu dövrdə Azərbaycandan ixracın 3,78%-i Rusiyanın payına düşüb.
1-ci yarımillikdə Rusiyadan Azərbaycana idxalın həcmi 1 mlrd. 4 mln. 69,5 min dollar (artım 27,4%) təşkil edib. Azərbaycana idxalın ümumi həcmində 14,31% Rusiyadan tədarükün payına düşüb.
Beləliklə, bu dövrdə Rusiya ilə idxal-ixrac münasibətlərində Azərbaycanın mənfi saldosu 626 mln. 614,64 min dollar təşkil edib.
2018-ci ilin yekunları üzrə Azərbaycan və Rusiya arasında ticarət dövriyyəsi 2 mlrd. 550 mln. 906,07 min dollar təşkil edib ki, bu da 2017-ci ilin göstəricisindən 19,1% çoxdur. Ötən il Azərbaycanın bütün xarici ticarət dövriyyəsinin 8,25%-i Rusiya ilə ticarət əməliyyatlarının payına düşüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
13 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 20 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







