2 min il əvvəl 300 milyon idi, 2055-də 10 milyard nəfər olacaq
Hazırda 7 milyard 710 milyon nəfər olan dünya əhalisinin sayının, 2055-ci ildə 10 milyarda, əsrin sonunda isə 11,2 milyarda yüksələcəyi təxmin edilir.
"Marja" xəbər verir ki, hər il 11 İyul dünyada əhali ehtiyatlı problemlərə diqqət çəkmək məqsədilə "Dünya Əhali Günü" kimi qeyd olunur.
BMT-nin Əhali Fondunun (UNFPA) məlumatına görə, 2 min il əvvəl 300 milyon olan dünya əhalisi, bu gün təxminən 7 milyard 710 milyon nəfərə çatıb.
Dünya əhalisi 1600-cü ildə 600 milyon ikən, 1804-cü ildə 1 milyardı, 1927-ci ildə 2 milyardı, 1961-ci ildə 3 milyardı, 1971-ci ildə 4 milyardı keçib. Əhalidəki sürətli artım 1987-də 5 milyarda çataraq davam edib və dünya əhalisi 1999-da 6 milyard, 2011-ci ildə isə 7 milyard olub.
Xüsusilə 1950-ci ildən sonra müşahidə olunan sürətli artımın təsiri ilə dünya əhalisi son dövrdə təxminən 12 ildən bir 1 milyard artır. Hazırda dünyada bir kvadrat kilometrə 52 nəfər düşür.
Dünya əhalisinin bu gün təxminən 60%-i Asiyada, 15%-i Afrikada, 10%-i Avropada, 8%-i Latın Amerikası və Karib Hövzəsində və qalanı isə Şimali Amerika və Okeaniyada yaşayır.
Çin 1,42 milyardlıq, Hindistan da 1,37 milyardlıq əhalisi ilə dünyanın ən böyük iki ölkəsidir.
.
Dünya əhalisinin 19%-i Çində, 18%-i isə Hindistanda yaşayır. Dörd il sonra il sonra Hindistanın, əhalisinin sayına görə dünyanın ən böyük ölkəsi olacağı nəzərdə tutulur.
İnsan sıxlığının ən aşağı olduğu ölkə 1 milyon 564 min 116 kvadrat kilometrlik sahədə təxminən 3 milyon insanın yaşadığı Monqolustandır.
Dünyada ən az əhaliyə malik region isə Avstraliya və Okeaniyadır. Bu regionda dünya əhalisinin 0,55%-i yaşayır.
Dünyanın ən böyük şəhəri isə 38 milyon əhalisilə Yaponiyanın paytaxtı Tokiodur.
UNFPA-dan verilən məlumata görə, dünya əhalisinin artımı mühüm demoqrafik hadisələrlə əlaqəlidir. İnkişaf etməkdə olan ölkələrdəki ailələr inkişaf etmiş ölkələrdəkilərdən qabarıq şəkildə daha çox uşağa malikdirlər və yüksək doğuma görə bu ölkələrin əhalisi ortalama çox gəncdir.
Az inkişaf etmiş Afrika ölkələrində doğuşlar ümumi olaraq yüksək olsa da, xüsusilə uşaq yaşında ölümlərin çoxluğu səbəbindən əhalinin əhəmiyyətli bir hissəsi 60 yaşına çatmadan ölür. Halbuki inkişaf etmiş ölkələrdə yaşı 85 və ya 90-dan yuxarı olan əhali ümumi əhali içində mühüm paya malikdir.
UNFPA, BMT tərəfindən hazırlanan bir araşdırmaya görə, dünyada əhalisi ən kəskin şəkildə azalan on ölkə Şərqi Avropadadır və bu ölkələr arasında Bolqarıstan, Latviya və Moldova öndə gəlirlər.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
19 d. əvvəl
“Azərsun Holdinq” növbəti dəfə “Best managed companies” mükafatı qazanıb
-
34 d. əvvəl
Bank Respublika ad günündə müştərisinə avtomobil təqdim etdi
- 37 d. əvvəl
-
1 saat əvvəl
Mayın 23-nə olan hava proqnozu - 27-28 dərəcə isti gözlənilir
-
1 saat əvvəl
Azərbaycan kapital bazarlarında ilk: ABB Invest “agile” (çevik) idarəetməyə keçdi!
-
2 saat əvvəl
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
-
2 saat əvvəl
“Karabakh” şərabı IWSC beynəlxalq müsabiqəsində mükafata layiq görülüb
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Bakı Apellyasiya Məhkəməsinə yeni hakimlər təyin ediləcək - ADLARI
Ən çox oxunanlar
Azərbaycanın sığorta bazarı 4 %-ə yaxın böyüyüb
Problemli borcları yığan şirkət böyüyüb, xalis mənfəəti kəskin artıb
SİMA həlləri WUF13-də təqdim edildi
Çinarlı MTK: yeni metro yaxınlığında və Binəqədidə infrastrukturla paralel inkişaf edən layihə maraq yaradır
“CPM-invest”in xalis mənfəəti 6,6 dəfə artıb
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı






.jpg)












.jpg)


