Türk Lirəsi Mərkəzi Bankın sədrinin vəzifədən azad edilməsindən sonra ucuzlaşıb
Dollar Türk Lirəsi qarşısında, ötən şənbə günü Türkiyə Mərkəzi Bankının (TCMB) sədri Murat Çetinkayanın vəzifəsindən azad edilərək yerinə sədr müavini Murat Uysalın təyin edilməsilə əlaqədar olaraq bahalaşıb.
"Marja" xəbər verir ki, mütəxəssislər, məzənnədəki güclü yüksəlişi Mərkəzi Bankın müstəqilliyi barədə narahatlıqların artmasından qaynaqlandığını bildirirlər.
Dollar/TL məzənnəsi Asiya seansında ilk əməliyyatlarda 5.8247 səviyyəsinə qədər qalxıb. Hazırda məzənnə 2,1% artımla 5.74 səviyyələrindədir.
Məzənnə ötən həftə 2.86% düşdükdən sonra 5.6280 səviyyələrində bağlanmışdı.
Vəzifə müddəti 2020-ci ildə başa çatacaq Çetinkaya şənbə səhəri rəsmi qəzetdə dərc olunan Prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib və yerinə sədr müavini Uysal təyin edilib.
Mərkəzi Bankın internet saytından verilən açıqlamada, "Sədr Murat Uysal verdiyi ilk açıqlamada Bankımızın qanunla ona verilən vəzifə və səlahiyyətlər çərçivəsində əsas məqsədi olan qiymət sabitliyini təmin etməyə yönəlmiş pul siyasəti vasitələrini müstəqil şəkildə həyata keçirməyə davam edəcəyini bildirib".
Müştərilərin xəbərləri
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 3 həftə sonra
- 1 həftə sonra
-
- 20 d. əvvəl
-
24 d. əvvəl
“PAŞA Bank” səhmdarlarının növbəti ümumi yığıncağı keçiriləcək
-
43 d. əvvəl
“Prime Cotton” beynəlxalq sertifikat portfelini daha da gücləndirir
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
-
2 saat əvvəl
Venesuela neft satışından 300 milyon dollarlıq gəlir əldə edib
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
Pulunuz gəlir gətirsin – illik 12% artım
Trampdan Davosda mühüm açıqlamalar
"Moody’s" Azərbaycanın kredit profili üzrə rəyini açıqlayıb
BOKT illik 16% ilə borc alır
"FINCA Azerbaijan" 1 milyon dollar borc alır
Ən çox oxunanlar
“Azərşəkər”in sabiq rəhbəri və daha iki nəfərin məhkəməsi başlayıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən edilib
Wolt Azərbaycanda "Wolt+ Həftələri" kampaniyasını start verir - Üzvlərə xüsusi endirimlər və təkliflər təqdim olunur
"Bizim məhsulu sata bilməməklə bağlı problemimiz yoxdur"




















