Hesab.az-da “Hərrac” başlayır!
(®) Azərbaycanın ən böyük ödəyərək qazandıran onlayn ödəmə portalı olan Hesab.az-da ödəniş etmək həmişə sərfəli və rahatdır.
Siz, ödənişlərinizi rahat, təhlükəsiz və sürətli edərək eyni zamanda “qeydiyyatlı” ödəyib bonuslar qazanırsınız. Bonuslarınızı “Dərhal dəyiş” bölməsində müxtəlif hədiyyələrə dəyişə və ya ildə bir neçə dəfə keçirilən hərracda iştirak edərək hədiyyə qazanmaq şansı əldə edə bilərsiniz.
Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatr biletləri və sair xidmətlərin alışı /ödənişlərinizi bir toxunuşla istənilən yerdən ödəyərkən ay ərzində müxtəlif hədiyyəli kampaniyalara da qoşularaq hədiyyə qazanırsınız. Hesab.az-ı digər ödəmə portallarından və ödəniş vasitələrindən fərqləndirən əsas üstünlüklərdən biridir.
Hesab.az bu ilin ilk hərracını İyul ayında başlatmağı planlaşdırır. Əsasən elektronik məhsulların üstünlük təşkil etdiyi hərracda hər zaman güclü mübarizə gedir. Bu il də telefonlar, DVD, yaddaş kartları, kino biletləri, USB kabel və s. kimi onlarla dəyərli hədiyyələr istifadəçiləri gözləyir.
Məlumat üçün qeyd edək ki, hədiyyələrə müxtəlif bonus dəyəri təyin olunur və 24 saat ərzində daha üstün bonus təklif verən şəxs qalib olur. Bütün iştirak şərtləri haqqında məlumatlarla saytda tanış olmaq olar. Hərrac zamanı kimin və hansı təklifi verdiyini və ya qalib olduğunu istifadəçilər görə bilirlər.
Azərbaycanda ən böyük onlayn ödəmələr şirkəti GoldenPay 2007-ci ilin iyul ayında yaradılıb. Şirkət texniki işlərin yekunlaşması, “Visa” və “MasterCard” beynəlxalq ödəniş sistemlərindən müvafiq sertifikatların alınmasından sonra 2008-ci ilin dekabr ayında fəaliyyətə başlayıb.
2011-ci ilin aprel ayında GoldenPay şirkəti Hesab.az - Azərbaycanın ən böyük onlayn xidmətlər platformasını yaradıb. Hesab.az-da müxtəlif kommunal, stasionar və mobil rabitə, internet, bank kreditlərinin ödənişi, onlayn sığorta, kinoteatra bilet və sair xidmətlərin alışı /ödənişi mümkündür.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 4 gün sonra
-
12 saat əvvəl
SOCAR Cənubi Qafqazda ilk enerji doldurma stansiyasını Tbilisidə istifadəyə verdi
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Yanvarda Azərbaycanda 402 ədəd minik avtomobili istehsal olunub - 71% ARTIM
- 2 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
“Kristal”dan rəsmi açıqlama - "İcazəsiz söküntü aparıldığı barədə iddialar həqiqəti əks etdirmir"
AZCON-nun Müşahidə Şurasına yeni üzvlər təyin edilib
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Yeni büdcə təşkilatları yaradılır - FƏRMAN
"AZƏRİ MED" şirkəti QSC təşkilati-hüquqi formasına qayıtdı
DOST xidmətləri şəbəkəsi bu il daha da genişlənəcək
"Fitch Solutions" 2026-cı ildə Azərbaycan iqtisadiyyatında artım ilə bağlı gözləntilərini yüksəldib























