“Azərsun Holdinq”in qazancı azalıb
“Azərsun Holdinq” MMC 2018-ci ili 21 milyon 998 min manat xalis mənfəət ilə başa vurub. Holdinq 2017-ci ili 27 milyon 106 min manat xalis mənfəətlə bağlamışdı. Beləliklə, ötən il “Azərsun Holdinq”in xalis mənfəəti 5 milyon 108 min manat və ya 18,8% azalıb.
SATIŞ VƏ XİDMƏTLƏRDƏN GƏLİRLƏRİ AZALIB
“Marja”, “Azərsun Holdinq” və onun törəmə müəssisələrinin konsolidə edilmiş maliyyə hesabatlarına istinadən xəbər verir ki, 2017-ci ildə 792 milyon 758 min manat təşkil etmiş satışdan gəlirlər 2018-ci ildə 730 milyon 2 min manata düşüb.
Ötən il inzibati və ümumi xərclər artıb. Həm satışdan gəlirin azalması, həm də bir sıra xərclərin artması ilə əlaqədar olaraq holdinqin xalis mənfəəti azalıb.
HOLDİNQ BÖYÜYÜB
İl ərzində holdiqnin aktivləri 646 milyon 100 min manatdan 705 milyon 380 min manata qalxıb. Ötən il "Azərsun Holdinq"in nizamnamə kapitalı 24% artırılaraq 90 milyon manata çatdırılıb. Holdinqin 189 milyon 611 min manat bölüşdürülməmiş mənfəəti daxil cəmi kapitalı 279 milyon 346 min manat təşkil edib. Ötən il "Azərsun"un öhdəlikləri borclarının artması ilə əlaqədar olaraq 9,5% artaraq 426 milyon 33 min manata yüksəlib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
11 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 11 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 12 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
14 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)







.jpg)







