Putindən neft sövdələşməsi barədə açıqlama
Rusiya Federasiyası prezidenti Vladimir Putin OPEC+ ölkələri neft hasilatının azaldılmasına dair sövdələşmənin 6 və ya 9 ay uzadıla biləcəyini bildirib.
“RİA Novosti” xəbər verir ki, G20 sammiti çərçivəsində keçirilən mətbuat konfransı zamanı Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşü barədə danışan Rusiya lideri OPEC+ sövdələşməsinin gələcəyinə dair ortaq mövqe razılaşdırdıqlarını, OPEC+ çərçivəsindəki razılaşmanın müddətini neft hasilatının indiki həcm qədər azaldılması ilə uzadılmasına çalışacaqlarını diqqətə çatdırıb.
Xatırladaq ki, OPEC üzvü və bir sıra qeyri-üzvü olan ölkələr (OPEC+) arasında neft hasilatının azaldılmasına dair razılaşma 2017-ci ilin əvvəlindən qüvvədədir. 2018-ci ilin dekabrın 7-də Vyanada Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və qeyri-üzv ölkələrin nazirlərinin V görüşündə neft hasilatının gündəlik 1,2 mln barrel azaldılması ilə bağlı razılıq əldə olunub. “Əməkdaşlıq Bəyannaməsi”nin icrası 2019-cu ilin I yarısında başa çatır.
Bu razılaşmanın uzadılması, habelə hasilatın azaldılması ilə bağlı kvotalar məsələlərinə iyul ayının 1-2-də Vyanada keçiriləcək OPEC+ nazirlər görüşündə müzakirə olunacaq.
Hazırda Azərbaycan öz kvotası çərçivəsində hasilatı 2,5 faiz, yəni gündəlik 20 min barel azaldıb.
Müştərilərin xəbərləri
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 13 GÜN
AzVak-da iş elanı yerləşdirib, daha tez işçi tapın !
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kapital Bank"ın kredit reytinqi daha da yüksəldi
NEQSOL Holding strateji rəhbərlikdə təyinatları elan edir
Avrozonada inflyasiya 3 faizə yüksəlib
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 13 GÜN
Vətəndaşların diqqətinə: bəzi məhsulların poçtla sifarişi zamanı qanunvericiliyin tələblərinə əməl olunmalıdır
“Azmikroinvest”in gəlirləri və xalis mənfəəti artıb
Azərbaycan və Qazaxıstan birgə özəl turizm şirkəti yaradır
"Azərkosmos"ın ixracı cüzi artıb
“Prime Cotton” şirkətinin ixracı 2 dəfəyə yaxın artıb
“Baku Steel Company” ixracını 70 faiz artırıb






.jpg)
.jpg)







.jpg)






