3 investisiya şirkətinin əsas gəlirləri və əsas xərcləri 1 milyon manatdan çoxdur
Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün 2018-ci ildəki əsas gəlirləri 1 milyon manatdan çox olub.
Bunlar "İnvest-AZ" (3,909 milyon manat), "Azfinance" (3,105 milyon manat) və "PSG Kapital" (1,227 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 investisiya şirkətinin əsas gəlirləri isə 1 milyon manatdan azdır.
İnvestisiya şirkətlərindən 5-i 2018-ci ildə əsas gəlirlərini artırıb. Bunlar "Xalq Kapital", "Azfinance", "PAŞA Kapital", "İnvest-AZ" və "PSG Kapital" investisiya şirkətləridir. Ən yüksək dinamika "Xalq Kapital"da (3,5 dəfə), ən aşağı dinamika isə "PSG Kapital"da (1%) qeydə alınıb.
2 investisiya şirkətinin - "Unicapital" və "Plato Capital and Co."nun əsas gəlirləri ötən il azalıb - müvafiq olaraq 21% və 21,5%. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun əsas gəlirlərinin dinamikasını hesablamaq mümkün olmayıb.
***
Azərbaycanda fəaliyyət göstərən 8 investisiya şirkətindən 3-nün 2018-ci ildəki əsas xərcləri 1 milyon manatdan çox olub.
Bunlar "İnvest-AZ" (3,063 milyon manat), "Azfinance" (2,755 milyon manat) və "PSG Kapital" (1,363 milyon manat) investisiya şirkətləridir.
Qalan 5 investisiya şirkətinin əsas xərcləri isə 1 milyon manatdan azdır.
İnvestisiya şirkətlərindən 6-sı 2018-ci ildə əsas xərclərini artırıb. Bunlar "Xalq Kapital", "PAŞA Kapital", "Azfinance", "İnvest-AZ", "Unicapital" və "PSG Kapital" investisiya şirkətləridir. Ən yüksək dinamika "Xalq Kapital"da (2,7 dəfə), ən aşağı dinamika isə "PSG Kapital"da (4,6%) qeydə alınıb.
1 investisiya şirkətinin - "Plato Capital and Co."nun əsas xərcləri ötən il azalıb - 0,4%. 1 investisiya şirkəti - "BTB Kapital" isə qiymətli kağızlar bazarına ötən il daxil olub. Buna görə də, onun əsas xərclərinin dinamikasını hesablamaq mümkün olmayıb.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© "Renkinq"
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 19 d. əvvəl
- 25 d. əvvəl
- 26 d. əvvəl
- 59 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 15 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Rəsmi məzənnələr açıqlandı
Ən çox oxunanlar
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI





















