"İran adı ilə neft ixrac edə bilmirik"
İranın Neft naziri Bijen Namdar Zəngənə, "Bugünkü şərtlər İran-İraq müharibəsi dövründən daha ağırdır. O vaxt neft ixracı ilə bağlı bir problem yaşamamışdıq" deyib.
İran Neft naziri Bijen Namdar Zəngənə, ölkədəki şərtlərin İran-İraq müharibəsi dövründə belə baş vermədiyini bildirərək, "O vaxt satdığımız neftin pulunu ala bilirdik, ancaq bugün bu, çox çətindir. İran adı ilə neft ixrac edə bilmirik",- deyib.
"Marja" xəbər veri ki, Neft Nazirliyinin internet saytında yayımlanan açıqlamasında, Zəngənə, ölkənin çox ağır şərtlərdən keçdiyini qeyd edib.
Ancaq od, tüstü və qan olmadığı üçün bunun bir müharibə olduğunu hiss edilmədiyini dilə gətirən Zəngənə, bunları qeyd edib:
"Bugünkü şərtlər İran-İraq müharibəsi dövründən daha ağırdır. Müharibə dövründə neft ixracı ilə bağlı bir problem yaşamamışdıq. Səddam Hüseyn, təkcə istehsal sahələrimizi hədəfə alırdı. Buna baxmayaraq, satdığımız neftin pulunu ala bilirdik. Amma bu gün bu proses çox ağır şəkildə həyata keçirilir. Bu gün İran adı ilə neft ixrac edə bilmirik".
ABŞ-ın 5 Noyabr 2018-ci ildə həyata keçirməyə başladığı ikinci mərhələ sanksiyaları səbəbindən İrandan neft alan ölkələr və ya şirkətlər Vaşinqtonun "qara siyahı"sına salınır və onlara da sanksiya tətbiq olunur. ABŞ 5 Noyabrdakı sanksiyaların ardından 8 ölkəyə verdiyi möhləti 2 Mayda sona çatdırıb.
İran Prezidenti Həsən Ruhani, 26 Mayda verdiyi bəyanatda İran mallarını daşıyan bir gəminin 10 gündür heç bir ölkənin limanına yanaşaraq yükünü boşalda bilmədiyini, bunun İran tarixində görünməmiş bir hadisə olduğunu bildirmişdi. O, "İranın neft gəmisi, yükünü yerə boşaldana qədər davamlı olaraq peyklər ilə təqib edilir", -demişdi.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 31 d. əvvəl
-
33 d. əvvəl
OPEC+ neft hasilatını gündəlik 188 min barel artırmaq barədə razılığa gəlib.
-
-
8 saat əvvəl
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Hava yolu şirkəti fəaliyyətini dayandırıb
"Airblue" aviaşirkəti Bakı–Lahor marşrutu üzrə uçuşlara başlayır
“Prime Cotton” şirkətinə yeni Baş İcraçı Direktor təyin olunub
Mayın 3-də gözlənilən hava şəraiti
Bu bank pulunuza illik 12% gəlir təklif edir
PULLU Adam olmaq üçün ilk addımını at ®
AZAL Təl-Əvivə uçuşları bərpa edir
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 11 GÜN
ABŞ-ın enerji şirkətlərinin mənfəəti azalıb
Tramp Avropadan idxal olunan avtomobillərə tətbiq olunan gömrük vergisini 25 faizə qaldırır
Azərbaycan neftinin son qiyməti
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 11 GÜN







.jpg)




.jpg)






