"Sığortaçılar sprinter avtobusları da “qara siyahı”ya daxil ediblər"
Hazırda Azərbaycanda fəaliyyət göstərən bir çox sığorta şirkətlərinin sığortalamaqda maraqlı olmadığı bir neçə sığorta sahəsi var.
Bunlardan biri də ictimai nəqliyyatda istifadə edilən avtobuslardır.
Son zamanlar bəzi sığorta şirkətlərinin marşrut xətlərində fəaliyyət göstərən avtobusları sığortalamadıqları bildirilir. Avtobusları yalnız sığorta şirkətlərinin saytına daxil olub, onlayn qaydada sığortalamaq mümkündür. Çünki vətəndaşın sığorta şirkətinə onlayn qaydada müraciəti zamanı sığorta şirkətləri müraciətdən imtina edə bilmirlər. Vətəndaşların və ya sığorta agentlərinin ictimai nəqliyyatda fəaliyyət göstərən avtobus sığortası üçün ofisə müraciəti zamanı isə mənfi cavab aldıqları bildirilir.
Məsələ ilə bağlı açıqlama verən sığorta mütəxəssisi Ceyhun Əsgərov bildirib ki, qanunvericiliklə avtobusların sığortalanmaması ilə bağlı hər hansı bir qadağa yoxdur və avtobusları sığortalamaqdan imtina edən sığorta şirkətləri bunu qeyri-qanuni edirlər.
Ekspert sığorta şirkətlərinin ictimai nəqliyyat kimi istifadə olunan avtobusları sığortalamamaq səbəbini avtobus sürücülərinin tez-tez qəza törətməsi ilə əlaqələndirib. Ceyhun Əsgərovun sözlərinə görə, sığorta şirkətləri agentlərə şifahi olaraq avtobusları sığortalamamağı tapşırırlar.
Son zamanlar artıq sprinter avtobusları da “qara siyahı”ya daxil edilib. Ən çox da şəhərdaxili (Bakı, Sumqayıt və Gəncədə) işləyən avtobuslar sığorta şirkətlərinə problem yaradırlar. Bir müddət əvvəl rayonlararası işləyən avtobuslar riskli sayılmırdısa, indi bu avtobuslar da riskli hesab olunur.
Sığorta mütəxəssisinin sözlərinə görə, avtobusunu sığortalaya bilməyən və ya sığorta ödənişini ala bilməyən vətəndaş İcbari Sığorta Bürosuna müraciət edə və ya sığorta şirkətini məhkəməyə verə bilər.
Ceyhun Əsgərov bildirib ki, avtobuslardan sonra sığorta şirkətlərinin sığortalamaqdan boyun qaçırdıqları ikinci sahə kənd təsərrüfatında heyvandarlıq və əkinçilik sahələridir: “Bu növ sığorta şirkətlərinin heç arzulamadığı sahələr hesab olunur. Buna səbəb isə heyvandarlıq və əkinçilik sahəsində dəyə biləcək ziyanın fermerlər tərəfindən vaxtında operativ şəkildə qarşısının alınmayacağı ehtimalıdır”.
“Sığorta şirkətlərinin ən çox üstünlük verdikləri sığorta növləri isə könüllü sığorta sahələridir. Daşınmaz əmlakın könüllü sığortası, kasko sığorta, tibbi sığorta bu kimi sığorta növləri həmişə sığorta şirkətləri üçün prioritet sahələr olub” - deyə mütəxəssis qeyd edib.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
© ONA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
12 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
12 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
19 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb















.jpg)









