İlk dəfə İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı Bakıya çatıb
İlk dəfə olaraq İstanbuldan Bakıya yola düşən beynəlxalq yük qatarı aprelin 5-də Bakıya çatıb. Qatar Abşeron Logistika Mərkəzində qarşılanıb.
Qarşılama mərasimində açılış sözü ilə Abşeron Logistika Mərkəzinin baş direktoru Ziya Ağayev çıxış edib. Ziya Ağayev məlumat verərək bildirib ki, təyinat nöqtəsi Abşeron Logistika Mərkəzi olan yükün daşınması Bakı-Tbilisi-Qars dəmir yolu xətti üzərindən Azərbaycan, Türkiyə və Gürcüstan dəmir yollarının dəstəyi ilə Abşeron Logistika Mərkəzi tərəfindən həyata keçirilib.
Bakı-Tbilisi-Qars dəmir yolu Avropanı Asiya ilə birləşdirən ən qısa və etibarlı yoldur.
Şərq-Qərb Nəqliyyat Dəhlizi çərçivəsində baş tutan bu yük daşıması ölkə iqtisadiyyatı üçün də cox böyük əhəmiyyət kəsb edir.
Abşeron Logistika Mərkəzi tarixi İpək yolunun üzərində, ölkəmizin paytaxtı Bakı şəhərinin Qaradağ rayonunun Lökbatan qəsəbəsində yerləşir.
Mərkəzin sutkalıq yükaşırma gücü 30 min ton təşkil edir ki, bu da ildə təqribən 11 milyon ton yükə bərabərdir. Abşeron Logistika Mərkəzi bütün xidmətləri təklif etməklə vaxta qənaəti və xərclərin azalmasını təmin edir.
Terminal vahid gömrük məntəqəsi kimi qəbul olunub. İdxal, ixrac və tranzit gömrük əməliyyatları ərazidə yerləşən gömrük orqanları tərəfindən həyata keçirilir.
Burada müştərilərə müasir və yüksək səviyyəli xidmətin göstərilməsi “vahid pəncərə” sistemi ilə bir nöqtədən təmin olunur.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Abşeron Logistika Mərkəzində 2400 konteyner tutumu olan terminal, tutumu 21 min ton olan iriölçülü yük terminalı, 8100 kvadratmetrlik qapalı anbar sahəsi, açıq yük platforması və ən müasir texnikalar xidmət göstərir.
Mərkəzdə 6-sı qatar qəbulu, 2-si konteyner, 2-si açıq yük və 2-si anbar sahələrinə boşaltma və yükləmə xətləri olmaqla, ümumilikdə 12 kilometr uzunluğunda dəmir yolu xətti var. Terminal vasitəsilə idxal, ixrac və tranzit yüklərin daşınması da icra olunur.
Müştərilərin xəbərləri
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
-
23 d. əvvəl
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
-
- 24 d. əvvəl
- 25 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Küçələrdə, ictimai yerlərdə elektron siqaret çəkənlər cərimələnəcək
Fevralın 21-də gözlənilən hava şəraiti
Dünya markaları ilə rəqabət aparan Azərbaycan məhsulu – "KNARR" boyaları xarici bazarlarda möhkəmlənir
Türkiyədən Azərbaycana turist axını artıb - 1 AYDA 36 MİN NƏFƏRDƏN ÇOX TURİST GƏLİB
Ən çox oxunanlar
Dünyanın ən çox gəlir əldə edən şirkəti dəyişib
Tesla-dan böyük qiymət endirimi
PAŞA Bank sahibkarlara illik 12%-dən başlayan biznes krediti və komissiyasız əməliyyatlar təklif edir
Azərbaycan neftinin son qiyməti
Elektron pul təşkilatı nizamnamə kapitalını 2 dəfədən çox artırdı
Neftin qiyməti son 6 ayın ən yüksək səviyyəsinə yaxındır
Rəsmi məzənnələr açıqlandı























