Palata: Bank-kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparılır
Maliyyə Bazarlarına Nəzarət Palatası (FİMSA) bankların kredit faizlərinin azaldılması ilə bağlı danışıqlar aparır.
Bunu "Fich" Beynəlxalq Reytinq Agentliyinin Bakıda keçirilən illik konfransında Palatanın nümayəndəsi Aytən Məmmədova deyib.
A.Məmmədova bildirib ki, hazırda bu məsələ müzakirə mərhələsindədir.
"Bilirsiniz ki, palatanın əsas funksiyalarından biri də istehlakçıların hüquqlarının qorunmasıdır. Bu baxımdan yüksək faizli kreditlər müştərilərə əlavə yük yaradır. Biz də istəyirik ki, bir çox şərtləri nəzərə almaqla bu faizlər azalsın. Təbii ki, faizləri müəyyən etmək bankların öz səlahiyyətindədir. Əgər hər hansı dəyişiklik olmasını istəyiriksə, öncə banklar və bank olmayan kredit təşkilatları haqqında müvafiq qanunlar dəyişməlidir. "Ona görə də hazırda bu məsələ müzakirə mərhələsindədir", - A.Məmmədova əlavə edib.
Xəbər verdiyimiz kimi, Milli Məclisin aprelin 9-da keçiriləcək plenar iclasında "Banklar haqqında" qanuna dəyişiklik layihəsi də müzakirəyə çıxarılacaq. Qanunun 36-cı (Banklarla onların müştəriləri arasında münasibətlər) maddəsinə dəyişiklik edilməsi nəzərdə tutulur. Maddəyə edilən əlavəyə əsasən, bankların müştərilərlə bağladığı kredit müqavilələri üzrə faiz dərəcələrinin, komisyon haqların və göstərilən bank xidmətləri üçün digər ödənişlərin yuxarı həddi maliyyə bazarlarına nəzarət orqanı tərəfindən müəyyən ediləcək.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
© Report
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 9 saat əvvəl
-
9 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
9 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 9 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım












.jpg)





.jpg)





