Dövlət Gömrük Komitəsindən "şəkər" açıqlaması
"Bəzi kütləvi informasiya vasitələrində Dövlət Gömrük Komitəsinin (DGK) və Rusiya Federal Gömrük Xidmətinin açıqladığı rəqəmlərin müqayisəsi aparılaraq ölkəyə idxal edilən şəkərin miqdarı ilə bağlı məlumatlar yayılıb".
TƏK ŞƏXSİYYƏT VƏSİQƏSİLƏ 15 DƏQİQƏYƏ KREDİT!
DGK-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən bildirilib ki, həmin məlumatda cari ilin yanvar-fevral ayları ərzində ölkəyə 56 min ton şəkərin idxal edildiyi, ötən il isə idxal və yerli istehsal hesabına yarım milyon tona qədər şəkərin daxili bazarda istehlak olunduğu iddia edilir. Yazının müəllifi Rusiya Federal Gömrük Xidmətinin açıqladığını iddia etdiyi rəqəmlərə əsaslanaraq 2018-ci ildə Rusiyadan Azərbaycana cəmi 7,3 min ton şəkər idxal olunduğunu vurğulayır və eyni dövr üçün Dövlət Gömrük Komitəsinin açıqladığı 239 min ton rəqəmini əsas gətirərək hansı qurumun doğru söylədiyi sualını ortaya qoyur.
"Qeyd edək ki, 2018-ci ildə Azərbaycana ümumilikdə 238,7 min ton şəkər idxal edilib ki, bunun da 13,7 min tonu Rusiya Federasiyasının, qalanı isə digər ölkələrin payına düşür. İdxal olunan məhsulun 44,1 min tonu isə saflaşdırılaraq, yəni, emal edilərək ixrac olunub. Yəni, Azərbaycana yalnız Rusiyadan deyil, digər ölkələrdən də şəkər idxal olunur.
Həqiqətən cari ilin yanvar-fevral aylarında ölkəyə 56 min ton şəkər idxal edilib. Lakin həmin məhsulun əsas hissəsi xammal şəklində olub və daha sonra ölkə ərazisində emal edilərək hazır mal kimi ixrac edilib ki, ümumilikdə 2 ay ərzində ixrac edilən şəkərin miqdarı 4,9 min tondur",- Açıqlamada deyilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 23 saat sonra
-
-
50 d. əvvəl
Meqa Sığorta Qrupunun Sumqayıt filialı yeni konsepsiyada istifadəyə verilib
- 53 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"Ələt Azad İqtisadi Zonasında istehsalın azı 75 %-nin ixrac edilməsi hədəflənir"
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub
Ən çox oxunanlar
Bakı-Qəbələ-Bakı qatarları Ucar stansiyasında da dayanacaq
Rəsmi məzənnələr açıqlandı

























