Dünyaca məşhur şirkət Azərbaycanın “Marcom” şirkəti ilə maraqlanır
Rəqəmsal marketinq sahəsində öz əməkdaşlarına yatırım etməkdə fərqlənən “Marcom” Marketinq və Kommunikasiya şirkəti dünyaca məşhur “Hubspot” şirkətinin diqqətini cəlb edib.
"Marja" xəbər verir ki, dünya üzrə marketinq və satış platformalarının hazırlanması üzrə ixtisaslaşmış “Hubspot” şirkəti “Marcom” MMC şirkətinə Azərbaycan üzrə tərəfdaşı olmağı təklif edib.
“Bizim üçün sevindirici haldır ki, "Hubspot" kimi dünya markasının diqqətini cəlb edə bilmişik. Rəqəmsal marketinq bizim şirkətin ana xəttini təşkil edir. Biz bu istiqamətdə daima yenilikləri araşdırır və əməkdaşlarımızın inkişafı üçün yatırımlar edirik. “Hubspot” şirkətinin bizə maraq göstərməsinin əsas səbəbi əməkdaşlarımızın həmin şirkətə məxsus olan sertifikatları əldə etməsi olmuşdur”,- deyə şirkətin icraçı direktoru Ceyhun Fərzəliyev “Marja”ya bildirib.
Onun sözlərinə görə hal-hazırda tərəflər arasında danışıqlar gedir: “Bu istiqamətdə razılığa gəlmək çətin məsələdir. “Hubspot”, Google Akademiyası ilə bir sırada adı çəkilən qlobal bir şirkətdir. Bazar hələ “Hubspot” şirkətinin təklif etdiyi xidmətlərə hazır deyildir. Yerli şirkətlər “inbound marketinq” istiqamətini indi-indi eşitməyə başlayırlar. Bundan əlavə şirkətlərin böyük əksəriyyəti öz veb platformalarında kontentin zənginliyinin olmamasından əziyyət çəkir. Belə olan halda “Hubspot” şirkətinin qarşısında öhdəlik götürüb sonradan onun icrasında çətinliklərlə üzləşmək hər iki markanın imicinə kölgə sala bilər. Bu baxımdan danışıqları mərhələli şəkildə davam etdiririk. Marcom şirkəti olaraq hal-hazırda yerli şirkətləri marketinqin müxtəlif istiqamətləri ilə bağlı maarifləndirməkdə davam edirik. Hədəfimiz sağlam rəqabət mühiti yaratmaq və bu istiqamətdə peşəkar kadrlar yetişdirməkdir.”
Qeyd edək ki, Marcom şirkəti həm Azərbaycan, həm də Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkət, hər iki ölkə üzrə ümumilikdə 36 marketinq xidmət təklif edir.
TƏK ŞƏXSİYYƏT VƏSİQƏNİZİ TƏQDİM EDİN, 15 DƏQİQƏYƏ KREDİT ALIN
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 7 saat əvvəl
- 8 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır







.jpg)








.jpg)







