KXDR otellərdə yer çatışmazlığı səbəbindən turistik vizaların sayını azaldır
KXDR gələn həftədən başlayaraq ölkəyə gələn xarici turistlərin sayını gündə min nəfərə qədər azaldacaq.
"Yonhap" informasiya agentliyi əbər verir ki, məhdudiyyətlər bazar ertəsi günündən qüvvəyə minəcək.
Qərara KXDR-ə gələn turistləri yerləşdirməyin mümkünsüzlüyü səbəb olub. Belə ki, Şimali Koreya lideri Kim Çen Inla ABŞ Prezidenti Donald Tramp arasında Hanoyda keçirilən görüşdən sonra ölkəyə səfər etmək istəyənlərin sayı kəskin şəkildə artıb.
Turist axınının məhdudlaşdırılması müstəsna olaraq mehmanxana nömrələrinin çatışmazlığı ilə bağlıdır və ölkənin xarici aləmdən təcrid olunmasının əlaməti deyil. Agentliyin məlumatına görə, turist vizası ilə KXDR-ə gələnlərin təxminən 80 faizi Çin vətəndaşlarıdır.
Xatırladaq ki, fevralın 27-28-də Vyetnamın paytaxtı Hanoyda Koreya yarımadasının nüvəsizləşdirilməsi və Pxenyanla Vaşinqton arasında münasibətlərin normallaşdırılması probleminə həsr olunan KXDR-ABŞ sammiti keçirilib. Tərəflər dialoqu davam etdirmək barədə razılığa gəlsələr də, sammitin nəticələrinə dair birgə sənəd imzalamayıblar.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
5 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
Ən çox oxunanlar
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub

















.jpg)






