Bakıda fermerlərdən yer pulu alınmayacaq
"Fermerlər öz məhsullarını yer pulu ödəmədən “Dövlət Aqrar Ticarət Şirkəti”nın təşkil edəcəyi Novruz yarmarkalarında sata bilərlər".
“Marja”nın məlumatına görə, bunu şirkətin direktoru Leyla Məmmədova bildirib.
Onun sözlərinə görə, "Kənddən Şəhərə" Novruz yarmarkası martın 2-dən etibarən Bakıda 4 ünvanda fəaliyyətə başlayacaqdır. Yarmarkalar həftə sonları və bayram ərəfəsində fəaliyyət göstərəcəkdir.
FERMERLƏRDƏN YER PULU ALINMAYACAQ
Leyla Məmmədova qeyd edib ki, yarmarkalar Bakı Şəhər İcra Hakimiyyəti ilə birlikdə keçirilir:
“Bizə müaraciət edən fermerlər yer pulu ödəmədən öz məhsullarını sata biləcəklər. Yer pulunun alınmaması qiymətlərin sərfəli olmasına zəmin yaradır. Çalışırıq ki, qiymətlər münasib olsun və insanlar bayram alış-verişlərini rahat etsinlər. Yarmarkalarda 200-dən artıq fermerin və yerli qida məhsuları istehsalçılarının iştirak edəcəyi gözlənilir”.
Bu il Xəzər rayonunda fəaliyyət göstərən zeytun, göbələk, pomidor istehsalçıları yaramarkada aktiv iştirak edəcəklər.
Novruz yarmarkasının keçirələcəyi ünvanlar:
1. Səbail rayonu (Nizami küç. 154b)
2. Nizami rayonu (Qara Qarayev küç. 55/57 sayli binanın qarşısı, Orbita ticarət mərkəzinin dayanacağı)
3. Yasamal rayonu (Hüseyn Cavid prospekti, Elmlər Akademiyası parkı)
4. Xəzər rayonu (Maştağa, Buzovna yolu Abşeron küç.)
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
14 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 14 saat əvvəl
-
16 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək

























