Almaniya 294 milyard dollar ilə dünya birincisi oldu
Almaniya, keçən il 294 milyard dollar ilə dünyada tədiyyə balansı ən yüksək profisit verən ölkə olub. Almaniya ardıcıl üçüncü dəfədir birinci yeri tutur.
"Marja" xəbər verir ki, Almaniya İqtisadi Araşdırmalar İnstitutu (Ifo) tərəfindən verilən açıqlamaya görə, ötən il Almaniyanın mal, xidmət və kapital axınını ölçən tədiyyə balansının profisiti ölkənin Ümumi Daxili Məhsulunun (ÜDM) 7,4%-nə geriləyib. Buna baxmayaraq Almaniya, 2018-ci ildə 294 milyard dollar ilə dünyada ən yüksək profisiti olan ölkə olub.
Almaniyanın ardınca 173 milyard dollarla Yaponiya gəlir. Rusiya 116 milyard dollarla üçüncü yeri tutur. Yaponiyanın tədiyyə balansının profisiti ÜDM-nin 3,5%-nə, Rusiyanın profisiti isə ÜDM-nin 7%-nə bərabərdir.
Ifo-ya görə, dünyanın ən böyük iqtisadiyyatına sahib olan ABŞ, keçən il 455 milyard dollarla dünyada tədiyyə balansının kəsiri ən yüksək olan ölkə olub. Sözügedən rəqəm, ölkənin illik ÜDM-nin 2,3%-nə bərabərdir.
Çinə qarşı "yüksək ticarət kəsirini azaltmaq üçün" tarif müharibələri başlatmasına baxmayaraq, ABŞ-ın kəsirinin ötən il 5 milyard dollar artması diqqəti çəkir. Keçən il ABŞ-ın Çinə ixracı əhəmiyyətli dərəcədə azalıb, bu ölkədən idxalı isə güclü bir şəkildə artmaqda davam edib.
Ifo-nun məlumatlarına görə, Çin artıq ən yüksək artıqlıq (profisit) verən ilk üç ölkə arasında yer almır. Tədqiqatda bunun səbəbi olaraq, ölkənin 2025-ci il strategiyasına əsasən maşın idxalına üstünlük verməsi göstərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
6 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)












.jpg)



