Bütün obyekt sahibləri yeni kassa alacaq? - AÇIQLAMA
“Əgər hansısa obyektdə satışların qeydiyyatını aparmağa imkan verən, onlayn kassalara qoyulan tələblərə cavab verən, Vergilər Nazirliyinin məlumat bazası ilə inteqrasiya imkanlarına malik kassa funksiyasını yerinə yetirən avadanlıq varsa, bu halda yeni kassa avadanlığının alınması tələb olunmur”.
“Marja” xəbər verir ki, bunu Vergilər Nazirliyinin Rəqəmsal vergi inzibatçılığı departamentinin Onlayn kassa aparatlarının monitorinqi şöbəsinin rəhbəri Zaman Məmmədov bildirib.
ONLAYN KASSAYA VERGİLƏR NAZİRLİYİNİN QURĞUSU QURAŞDIRILMALIDIR
O, “Bu kassalar necə işləyir və onların tətbiqi hansı obyektlər üçün nəzərdə tutulub?” sualına aşağıdakı şəkildə cavab verib.
“Onlayn kassaların fəaliyyəti üçün əsas şərtlər onların internet bağlantısının olması və Vergilər Nazirliyinin nəzarət mexanizmi qurğusu (şərti olaraq "token") adlanan cihazın quraşdırılmasıdır. Nəzarət mexanizmi qurğusu vergi orqanlarının elektron informasiya bazasına məlumatların ötürülməsini təmin edən qurğudur. Xarici görünüşü adi yaddaş kartlarına bənzəyir. Bu qurğu onlayn kassanın və onun istifadəçisinin müəyyənləşdirilməsi, kassa sənədlərinin yığılması və saxlanılması, o cümlədən satış əməliyyatları haqqında məlumatın Vergilər Nazirliyinin elektron informasiya bazasına ötürülməsini təmin edir”.
KASSA QƏBZİ DƏ DƏYİŞİR
Zaman Məmmədov bildirib ki, yeni nəsil kassa aparatlarının tətbiqi ilə kassa qəbzinin də formatına tələblər dəyişir:
“Belə ki, satılmış mal/xidmət haqqında informasiyadan başqa, kassa çeki QR-kodu özündə əks etdirməlidir. QR-kod çekin həqiqiliyini yoxlamağa imkan verir. Birinci mərhələdə Windows, Linux, Android əməliyyat sistemlərinə malik kassa aparatlarının tətbiqi planlaşdırılır. Əgər hansısa obyektdə satışların qeydiyyatını aparmağa imkan verən, onlayn kassalara qoyulan tələblərə cavab verən, Vergilər Nazirliyinin məlumat bazası ilə inteqrasiya imkanlarına malik kassa funksiyasını yerinə yetirən avadanlıq varsa, bu halda yeni kassa avadanlığının alınması tələb olunmur. Aparılan təhlillər göstərir ki, bir sıra obyektlərdə tələblərə uyğun kassa funksiyasını yerinə yetirən avadanlıq mövcuddur. Belə obyektlərin sahibləri operatorun texniki dəstəyi ilə istifadə olunan avadanlığı və proqram kassalarını yeni qaydalara uyğunlaşdırıb, həmçinin xidmət göstərən operatordan nəzarət mexanizmi qurğusunu əldə etməklə fəaliyyətinə davam edəcəklər”.
KEÇİD MƏRHƏLƏLİ HƏYATA KEÇİRİLƏCƏK
Vergilər Nazirliyinin rəsmisi qeyd edib ki, yeni nəsil kassa aparatlarına keçid mərhələli şəkildə həyata keçiriləcək: “Bununla bağlı xüsusi keçid qrafiki qəbul ediləcək. Bütövlükdə proses yerləşmə zonasından və təsərrüfat subyektlərinin fəaliyyət növlərindən asılı olaraq həyata keçiriləcək. Mərhələli şəkildə nəzarət-kassa aparatı tətbiq etməli olan bütün təsərrüfat subyektləri prosesə cəlb olunacaq. Hazırda Vergilər Nazirliyi yeni nəsil kassa aparatları ilə bağlı ətraflı məlumatın çatdırılması üçün "e-kassa.gov.az" saytının yaradılması üzrə iş aparır. Bu sayt istifadəçilərə onlayn kassalar barədə yaranan suallara cavab tapmaqda kömək edəcək. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslər həmin saytda yerləşdiriləcək qrafik üzrə yeni kassalardan istifadəyə keçidlə ətraflı tanış olacaqlar”.
QURĞUNU VƏ ONLAYN KASSANI NECƏ ALACAM?
Zaman Məmmədovun sözlərinə görə, 2019-cu ilin ikinci rübündən etibarən kassa aparatlarının qeydiyyatını yalnız yeni qaydalar üzrə aparmaq mümkün olacaq. Bunun üçün proqram kassa sisteminin operatoruna (NKA operatoru) müraciət etmək lazım gələcək. NKA operatorundan onlayn kassa aparatı və ya nəzarət mexanizmi qurğusunu əldə etməklə fəaliyyətə davam etmək olacaq:
“NKA operatoru Vergilər Nazirliyinin müəyyən etdiyi tələblərə cavab verən və nazirlik tərəfindən qeydə alınmış hüquqi şəxslərdir. Belə tələblərə hüquqi şəxsin proqram təminatlı kassalara servis-texniki xidmət göstərmək bacarığına malik əməkdaşlarının, bu cür xidmət üçün texniki filial və məntəqəsinin olması və s. aiddir. Onlar dövlət reyestrində sadalanan kassa sistemlərinin paylanılması və texniki xidmətin göstərilməsi hüququna malikdirlər.
Müəyyən edilmiş tələblərə cavab verən istənilən hüquqi şəxs bu fəaliyyətlə məşğul ola biləcək: bunun üçün ayrıca tender keçirilməyəcək. Bundan başqa, həmin şəxslərin təklif etdiyi nəzarət-kassa aparatlarının da tələb olunan meyarlara cavab verməsi vacibdir. NKA operatorlarının siyahısı Vergilər Nazirliyinin e-kassa.gov.az saytında yerləşdiriləcək. Kassa aparatlarının əldə olunması üçün həmin operatorlara müraciət etmək kifayətdir. Operator vergi orqanında kassanın qeydiyyatını keçirərək nəzarət mexanizmi qurğusu ilə təchiz olunmuş kassa aparatını sahibkarlara təqdim edəcək”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 d. əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
- 57 d. əvvəl
-
1 saat əvvəl
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
Ən çox oxunanlar
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma
Azərbaycana turist axını 10%-dən çox, körfəz ölkələrindən gələnlərin sayı 28 faiz azalıb
Kapital Bank dünyaca məşhur “Federated Hermes Limited” şirkəti ilə əməkdaşlığa başladı
ABB səhmdarlarına dividend ödənişi başa çatdı
Dolların 50 Türkiyə lirəsinə yüksələcəyi proqnozu verilib
Rəsmi məzənnələr açıqlandı






.jpg)










.jpg)




