Tanınmış şirkətə İşə qəbul üzrə mütəxəssis tələb olunur
“Mətanət A” şirkəti İşə qəbul üzrə mütəxəssis (Recruitment) vakansiyasını elan edib.
Vəzifə öhdəlikləri:
-Şirkətin işəqəbul proseduruna uyğun olaraq işin aparılması;
-Vakansiyaların təhlili, tələb olunan işçi sayının müəyyən edilməsi;
-Elan olunan vakansiyalar üzrə namizədlərin axtarışı;
-Vakansiyalar üzrə elanların müvafiq saytlarda yerləşdirilməsi;
-Digər işəgötürmə və axtarış üsullarının həyata keçirilməsi, axtarış vasitələrinin effektivliyinin artırılması;
-Daxil olan CV-lərin qeydiyyatının aparılması, incələnməsi və vakansiyalara uyğun namizədlərin seçilməsi;
-İşə qəbul testlərinin və ilkin müsahibələrin keçirilməsi;
-İşəqəbulda dəyərləndirmə formalarının müəyyən olunması;
-Kadr bazasının hazırlanması və yenilənməsi;
-Şirkətin işəqəbul və yerləşdirmə müddətində lazımı proseslərə nəzarət etmək;
-İş yerinə göndərişlərin təşkili və nəzarət edilməsi;
-Sınaq müddəti təyin edilməsi və izlənməsi;
-Vakansiyalarla bağlı struktur rəhbərləri ilə işin təşkilinin aparılması;
-İşçi axınının təhlili və potensial işçi bazasının yaradılmasını təmin etmək.
Əmək haqqı:
-Razılaşma yolu ilə.
İş şəraiti:
-İş saatı: 09-00-dan 18-00-dək;
-İstirahət: Şənbə və bazar günü.
Tələblər:
-İqtisadiyyat, heyətin idarə olunması, menecment kimi sahələrdə ali təhsilinin olması;
-Azərbaycan, ingilis və rus dillərini yaxşı səviyyədə bilməli;
-23-40 yaş həddi;
-Müvafiq sahədə 2- 3 il iş təcrübəsi;
- Stres altında işləməyi bacarmalı;
- Məsulliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə malik olmalı;
- Ünsiyyət yaratmaq, dinləmək, müşahidə etmək və insan psixologiyasına bələd olmaq qabiliyyətinə malik olması;
- İşə qəbul müsahibələrinin aparılmasında təcrübəyə sahib olmalı;
Yüksək ünsiyyət və analitik düşünmə qabiliyyətinə sahib olmalı;
-CV incələmə, görüş təqvimini planlama, ilkin müsahibə prosesinin həyata keçirilməsi, işə qəbul prosesinə hakim olmalı;
-MS office proqramlarını əla səviyyədə idarə etmək qabiliyyəti olmalı.
Qeyd:
-İşçi işin funksiyasından asılı olaraq müvafiq sınaq müddəti nəzərə alınmaqla işə qəbul olunur;
-Anket məlumatlarına yanlış və qeyri-düzgün məlumatlar daxil etdiyi aşkar olunan şəxslər işə götürülmürlər;
-Bu sahələr üçün ANKET FORMASI-nı doldurub [email protected] ünvanına göndərin.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 6 saat əvvəl
-
6 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
6 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
6 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
6 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
8 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 8 saat əvvəl
- 8 saat əvvəl
-
9 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb






.jpg)







.jpg)









