Nazirlər sərhəddə - VAXT VƏ XƏRCLƏR AZALACAQ
Yeni körpü Azərbaycan ilə Rusiya arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq
Fevralın 8-də Rusiya Federasiyasının iqtisadi inkişaf naziri Maksim Oreşkinin başçılıq etdiyi nümayəndə heyəti Azərbaycana səfərə gəlib.
Səfər çərçivəsində Azərbaycan ilə Rusiya dövlət sərhədində hər iki ölkənin nümayəndə heyətləri “Yaraq-Qazmalar” sərhəd buraxılış məntəqəsində (Rusiya Federasiyası) yenidənqurma və rekonstruksiya işlərinə, “Samur” sərhəd buraxılış məntəqəsinə (Azərbaycan Respublikası) və Samur çayı üzərində avtomobil körpüsünün tikintisinə baxış keçiriblər.
Baxışda Azərbaycan tərəfdən iqtisadiyyat naziri Şahin Mustafayev, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov, nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə, Rusiya tərəfdən isə bu ölkənin iqtisadi inkişaf naziri Maksim Oreşkin iştirak edib.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin sədri Saleh Məmmədov tikintidə mövcud vəziyyət və görüləcək işlər barədə məlumat verərək deyib ki, yeni körpünün inşasının bu ilin noyabrında başa çatdırılması planlaşdırılır. Dekabrda isə istifadəyə verilməsi nəzərdə tutulur.
Görülən işlərlə tanışlıqdan sonra Azərbaycanın iqtisadiyyat naziri Şahin Mustafayev jurnalistlərə müsahibəsində bildirib ki, Azərbaycan-Rusiya əlaqələri yüksək səviyyədədir və uğurla inkişaf edir. Rusiya qeyri-neft məhsullarının idxalı və ixracı üzrə Azərbaycanın ən böyük tərəfdaşıdır. Ölkələrimiz arasında ticarət dövriyyəsi ilbəil artmaqdadır, təkcə keçən il bu rəqəm 20 faizədək artıb. Bu potensial daha yüksəkdir və onun artırılması istiqamətində işlər görülür.
“Bu gün inşa olunan yeni körpüyə baxış zamanı təqdimat keçirildi. Bildirildi ki, yeni tikilən körpü yüklərin daşınması üçün daha əlverişli şərait yaradacaq və yüklərin hazırkı dayanma müddəti aradan qaldırılacaq. Yəni, sahibkarlarımızın Rusiyaya daşınan yüklərə sərf etdikləri vaxt kifayət qədər azalacaq. Bu isə həm xərclərin azalmasına, həm də ölkələr arasında ticarət dövriyyəsinin artmasına səbəb olacaq. İnşaat işlərinin xərclərinin 50 faizi Azərbaycan, 50 faizi isə Rusiya hökuməti tərəfindən ödənilib. Tikinti uğurla davam etdirilir”, - deyə Ş.Mustafayev qeyd edib.
Şahin Mustafayev qeyd edib ki, digər sərhəd-keçid məntəqələrindəki vəziyyət də müzakirə olunacaq və əsas diqqət bu məntəqələrdə yüklərin daha rahat və qısa vaxtda keçirilməsinə yönələcək: “Azərbaycan öz infrastrukturunu ilbəil yaxşılaşdırır. Sərhəd-keçid məntəqələrinin fəaliyyətinin səmərəliliyinin artırılması, yeni körpülərin tikintisi, avadanlıqların alınması bu tədbirlərin tərkib hissəsidir. Beləliklə, yeni körpü və quraşdırılan avadanlıqlar həm də Şimal-Cənub nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində atılan addımlardır”.
Rusiyanın iqtisadi inkişaf naziri Maksim Oreşkin isə bildirib ki, ölkələrimiz arasında iqtisadi əlaqələr uğurla inkişaf edir. Amma bəzi maneələr var idi ki, bu prosesi ləngidirdi: “Buradakı köhnə körpü, infrastruktur ölkələrimiz arasında artan ticarət dövriyyəsinə cavab vermirdi. Azərbaycandan Rusiyaya, həm də İrandan Azərbaycan ərazisindən keçməklə Rusiyaya daşınmaların artdığını nəzərə alsaq, yeni tikilən körpünün böyük əhəmiyyəti olacaq. Eyni zamanda, insanların da bu məntəqələrdən rahat istifadəsi üçün hərtərəfli şərait yaradılacaq”.
Samur çayı üzərində yeni avtomobil körpüsünün tikintisi barədə hökumətlərarası saziş 2013-cü ilin sentyabrın 13-də imzalanıb. Yeni körpü 1957-ci ildə inşa olunmuş körpünün yerində tikilir. Körpünün uzunluğu 325,3 metr, eni 17,3 metrdir. Körpü üç zolaqdan ibarət olacaq.
Azərbaycan-Rusiya sərhədindən keçən Samur çayının üzərindəki avtomobil körpüsünün tikintisinə 2017-ci il oktyabrın 18-də start verilib. Yeni körpünün açılması nəqliyyat vasitələrinin sərhəd keçidlərindən daha tez buraxılmasını təmin edəcək ki, bu da gələcəkdə iki ölkə arasında daşımaların həcminin artmasına xidmət göstərəcək.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 3 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 1 gün sonra
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
-
2 saat əvvəl
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
-
3 saat əvvəl
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
-
3 saat əvvəl
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
-
3 saat əvvəl
Pambıq yığımı başa çatır, sahələrdən 360 min tondan artıq məhsul yığılıb
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
İlin son ENDİRİMLİ KREDİT TƏKLİFİ!
Dekabrın 27-də gözlənilən hava şəraiti
“McDonald’s Azərbaycan” şəhid və qazi övladları üçün Yeni il bayramı təşkil edib - FOTO
Prezident İlham Əliyev 2025-ci ilin idman yekunlarına həsr olunan mərasimdə iştirak edib
Ən çox oxunanlar
“Azərsun Holdinq”dən enerji səmərəliliyi istiqamətində növbəti uğur
Bakı metrosunun Bənövşəyi xəttində 5 vaqonlu qatarlara keçilir
Qızıl və gümüş qiymətləri yenidən rekord qırdı
Qızıl və gümüş rekord yenilədi
“XalqKart”da Yeni ilə özəl 6% keşbek
Suriyada yeni pul vahidi dövrü başlayır

















