Azərbaycanın şərab istehsalçısı 2 yeni brendini təqdim edəcək
Azərbaycanın şərab istehsalçısı "ASK Şəki Şərab", "Bouquet Sheki" və "Askona" adlı brendlərini təqdim edəcək. Bunu şirkətin direktoru Vidadi Həsənov deyib.
Onun sözlərinə görə, "Bouquet Sheki" və "Askona" brendləri altında Azərbaycanda yığılmış "Rkatsiteli", "Saperavi", "Mədrəsə", "Muskat", "Şardone" və "Merlo" kimi üzüm sortlarından şərablar istehsal olunacaq:
"Bu yüksək keyfiyyətli şərablar tamamilə Azərbaycan istehsallıdır, Avropa texnologiyalarına uyğun hazırlanıb. Yaxın günlərdə yeni şərablar ölkənin, demək olar, bütün iri ticarət obyektlərdə təqdim olunacaq".
Direktor bildirib ki, bununla yanaşı, zavod Belçika, Çin və Qazaxıstana şərab ixracını təşkil etməyi planlaşdırır:
"Biz istehsal etdiyimiz şərablardan nümunələri Belçika, Çin və Qazaxıstana göndərmişik və məhsullarımız yüksək qiymət alıblar. Bu ölkələrdən olan şirkətlərlə müqavilə bağlamağı planlaşdırırıq".
Qeyd edək ki, 2018-ci ildə "ASK Şəki Şərab" zavodu 724,9 ton üzüm qəbul edib və 500 min litr şərab məhsulu hazırlayıb.
2011-ci ildə yaradılan "ASK Şəki Şərab" şirkəti Azərbaycan Sənaye Korporasiyasının törəmə müəssisəsidir.
PULSUZ SEMİNARA QATIL, QAZANMAĞI ÖYRƏN!
© Trend
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
7 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 8 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)






.jpg)






