“Unibank”ın da vəziyyəti məlum oldu
“Unibank” 2018-ci ili 30 milyon manat mənfəətlə başa vurub
“Unibank” KB ASC 2018-ci ilin maliyyə nəticələrini açıqlayıb.
“Unibank”dan “Marja”ya daxil olmuş məlumatda bildirilir ki, Bank maliyyə hesabatlılığı sahəsində İFRS 9 standartına tam keçid edib və 2018-ci ilin maliyyə nəticələri bu standart əsasında hazırlanıb.
“Unibank” KB İdarə heyətinin sədri Faiq Hüseynov hesab edir ki, 2018-ci il “Unibank” üçün uğurlu illərdən biri kimi yadda qalacaq: “Əgər ilin nəticəsini bir cümlə ilə ifadə etsək, deyə bilərik ki, səhmdarların yaxından dəstəyi ilə "Unibank" komandası 2018-ci il üçün qarşısında qoyulmuş bütün hədəflərə nail oldu. Beynəlxalq maliyyə standartlarına (İFRS 9) əsasən, ötən il 30 milyon manat mənfəət əldə edilib. Biz bunu yüksək göstərici kimi qiymətləndiririk”.
Məlumatda bildirilir ki, hesabat dövrünə Unibankda əksər sahələr üzrə - kreditləşmə və qeyri-kredit məhsulları, rəqəmsal bankçılıq üzrə göstəricilərdə artım qeydə alınıb. Əvvəlki 3 illə müqayisədə, 2018-ci ildə daha aktiv kreditləşmə aparılıb. İl ərzində müştərilərə verilmiş kreditlərin artımı 152 milyon manat təşkil edib. Cəmi kredit portfelində artım isə ilin əvvəli ilə müqayisədə 18% olub.
"Unibank" ənənəvi olaraq real sektora dəstəyini davam etdirir. Bank ötən il ərzində kiçik, orta sahibkarlıq, mikro, eləcə də böyük korporativ şirkətlər daxil olmaqla, biznesə 100 milyon manatdan çox kredit ayırıb.
Keçən il ərzində debet kartların sayında 25% -dən çox artım olub.
2018-ci il ərzində bankın depozit portfeli 22% artaraq, ilin sonuna 305 milyon manatı ötüb.
Ötən il Unibank üçün rəqəmsal bankçılıq sahəsində də uğurlu olub, müştərilərə bir sıra yeni məhsul və xidmətlər təqdim edilib. Unibankın mobil bank əlavəsi “ən yaxşı mobil əlavə NETTY2018 “ Azərbaycanın Milli internet mükafatını alıb. Bank, Azərbaycan Banklar Assosiasiyası tərəfindən 2018-ci ilin nəticələri üzrə “İnnovativ ödəniş həlləri tətbiq edən ABA üzvü” nominasiyasının qalibi olub.
Sosial layihələr Unibankın diqqət mərkəzindədir. Bu fəaliyyətinə görə, Unibank ölkəmizdə ilk dəfə keçirilən “Milli KSM mükafatı - 2018” müsabiqəsində “İdman sahəsində ilin layihəsi” nominasiyasının qalibi seçilib.
Unibank 2019-cu ilin ölkəmiz üçün pozitiv dəyərləndirir, öz qısa və orta müddətli strategiyasını bu inkişaf planı üzərində qurur. Bank, bu il kiçik və orta sahibkarlığın kreditləşdirilməsində öz aktivliyini daha da artıraraq, real sektorun müxtəlif sahələrinə dəstək verməkdə davam edəcəkdir. Pərakəndə bank xidmətləri sahəsində müştərilərə yeni məhsullar və daha yüksək xidmət təklif etməyi planlaşdırır. Rəqəmsal bankçılığın genişləndirilməsi bankın əsas prioritetlərindən biri olaraq qalacaq.
Unibank KB ASC 1992-ci ildən fəaliyyət göstərir. Bankın paytaxtda və regionlarda geniş xidmət şəbəkəsi mövcuddur. 26 ildən artıq mövcudluğu dövründə uğurlu kommersiya fəaliyyəti və sosial layihələrdə iştirakına görə beynəlxalq və yerli təşkilatlar tərəfindən çoxsaylı mükafatlara layiq görülüb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
1 ay sonra
“Coca-Cola” tələbələr üçün “One Idea” innovasiya müsabiqəsinə start verdi
-
9 saat əvvəl
Liv Bona Dea Hospitalda ilk sümük iliyi transplantasiyası uğurla həyata keçirildi
-
- 12 saat əvvəl
-
12 saat əvvəl
Azərbaycanda kredit reytinq agentlikləri üçün kapital tələbi qoyulacaq
-
12 saat əvvəl
Böyük mebel istehsalçıları bir arada - Azərbaycan mebeli dünya ölkələrinə ixrac ediləcək - FOTOLAR
-
12 saat əvvəl
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Azərbaycan uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdıracaq - SƏRƏNCAM
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Azərbaycanın Dubay şəhərindəki baş konsulu dəyişdi - SƏRƏNCAMLAR
Bu gün ABŞ markası "Popeyes"in Azərbaycanda ilk restoranı "Crescent Mall"da istifadəyə verilir
569 nömrəli marşrut xəttində avtobuslar dəyişdirilir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Google"dan nəhəng batareya texnologiyası hazırlayan startapa 1 milyard dollarlıq sifariş
2025-ci ildə 749 min manat kompensasiya ödəyib
bp və SOCAR saziş imzaladı
Xarici valyuta köçürmələri ilə bağlı tənzimləməyə yenidən baxılacaq
Bütün dövlət xidmətləri "Mygov" və "Mygov Biznes" ilə göstəriləcək

























