“ExpressBank”ın vəziyyəti məlum oldu
“ExpressBank” ASC 2018-ci il üzrə maliyyə göstəricilərini açıqlayıb.
“Marja” Bankın maliyyə hesabatlarına istinadən xəbər verir ki, ötən il “ExpressBank”ın cəmi gəlirləri 44 milyon 497 min manat, o cümlədən faiz gəlirləri 31 milyon 708 min manat, qeyri-faiz gəlirləri 12 milyon 789 min manat təşkil edib.
“ExpressBank” 31 milyon 708 min manat faiz gəlirini əldə etmək üçün 8 milyon 875 min manat xərc çəkib. Eyni zamanda, ehtimal olunan kredit itkiləri üçün 24 milyon 988 min manatlıq ehtiyat yaradılıb. Nəticədə, Bankın 2 milyon 155 min manat faiz zərəri yaranıb.
“ExpressBank” 12 milyon 789 min qeyri-faiz gəlirinə qarşı 8 milyon 262 min manat xərc çəkib və 4 milyon 528 min manat qeyri-faiz mənfəəti əldə edib.
Ümumi və inzibati xərclərdən öncə Bankın xalis gəliri 2 milyon 373 min manat təşkil edib.
"Expressbank" ASC 2017-ci ili 2 milyon 26 min manat xalis mənfəətlə bağlamışdı. 2017-ci ildə "Expressbank"ın cəmi gəlirləri 38 milyon 719 min manat, o cümlədən faiz gəlirləri 25 milyon 869 min manat, qeyri-faiz gəlirləri 12 milyon 850 min manat təşkil etmişdi. 2017-ci illə müqayisədə 2018-ci ildə Bankın faiz gəlirləri artıb.
BANK BÖYÜYÜB, MÜŞTƏRİLƏRƏ VERİLƏN KREDİTLƏR ARTIB
31 Dekabr 2018-ci il tarixində “ExpressBank” 395 milyon 204 min manat cəmi aktivlərə, 275 milyon 856 min manat cəmi öhdəliklərə və 119 milyon 348 min manat cəmi balans kapitalına malik olub. 31 Dekabr 2017-ci il tarixində "Expressbank" 314 milyon 339 min manat cəmi aktivlərə, 170 milyon 23 min manat cəmi öhdəliklərə və 144 milyon 317 min manat cəmi balans kapitalına malik idi. İllik müqayisədə Bankın cəmi aktivləri 25,7% artıb.
“ExpressBank” müştərilərə verdiyi kreditlər 167 milyon 608 min manatdan 222 milyon 188 min manata qalxıb (32,5% artım).
31 Dekabr 2018-ci il tarixində "ExpressBank" 114 milyon 829 min manat məcmu kapitala malik olub.
2018-ci il üzrə nəticələr
-Aktivlərin həcmi 2018-ci il ərzində 25% (80.8 mln. manat) artmışdır.
-Cari ilin əvvəlindən əhalinin əmanətləri 25% (19 mln. manat) artmışdır.
-2018-ci il ərzində problemli kreditlər portfelinin həcmi daimi azalma trendi göstərərək 2.6%-dən 2.1%-dək enmişdir.
- 2017-ci ildən verilən və qalıq məbləği 130,3 mln. manat təşkil edən kreditin yalnız 0.25%-nin vaxtı keçmişdir.
-Məcmu kapitalın adekvatlığı və Leverec əmsalları sektor üzrə orta göstəricilərdən yüksək olmuşdur.
- Bank məcmu kapital göstəricisinə görə sektorda ilk 10-luğa daxildir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 17 saat sonra
-
-
4 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
4 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 6 saat əvvəl
-
9 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 23 saat əvvəl
- 23 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir






.jpg)
.jpg)






.jpg)






