"50 milyon ədəd yumurta ixracı üçün müqavilə bağlanılıb"
“İstehsalımız ildən-ilə artır. Məhsullarımız daxili bazarın təmin edilməsi ilə yanaşı, xarici bazarlara da ixrac olunur”.
“Marja” xəbər verir ki, bunu Regionların 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında “Hacıqabul Quşçuluq” MMC-nin direktoru Nemət Babaşov deyib.
Nemət Babaşov bildirib ki, qəbul edilmiş regionların sosial-iqtisadi inkişafı, eyni zamanda, digər sahəvi dövlət proqramlarına uyğun olaraq son illərdə quşçuluğun inkişaf etdirilməsi məqsədilə verilmiş qərarlar, o cümlədən ölkəyə gətirilən quşçuluq məhsullarına spesifik rüsumların tətbiqi, quşçuluq avadanlıqlarının idxal rüsumundan azad olunması, investisiya təşviqi sənədlərinin, quşçuluq təsərrüfatlarının yaradılmasına dövlətin güzəştli kreditlərinin verilməsi nəticəsində quş əti və əmtəəlik yumurta üzrə daxili tələbatın ödənilməsi ilə yanaşı, ixraca imkan verən istehsal gücü yaranıb.
Belə quşçuluq təsərrüfatlarından biri də Hacıqabul rayonunda daxili imkanlarımızla yanaşı, dövlətin güzəştli kreditləri hesabına yaradılmış “Hacıqabul quşçuluq” Məhdud Məsuliyyətli Cəmiyyətidir:
“Yaratdığımız quşçuluq təsərrüfatı müasir avadanlıqlarla təchiz edilib və regionda böyük istehsal gücünə malik kompleksə çevrilib. Azərbaycanda ən böyük əmtəəlik yumurta istehsalçılarından biri olan təsərrüfatımızda 600 işçi çalışır.
Quşçuluq təsərrüfatımız 110 fermadan, birdəfəlik yumurta tutumu 1 milyon ədəd olan inkubator sahəsindən, ümumi tutumu 100 min ton olan müasir taxıl anbarından, saatda 45 ton istehsal gücü olan yem zavodlarından və digər köməkçi sahələrdən ibarətdir.
Təsərrüfatın müasir texnologiyaların tətbiqi ilə qurulması və istehsal proseslərinin tam avtomatlaşdırılması yüksəkkeyfiyyətli və rəqabətqabiliyyətli məhsul istehsalına zəmin yaradır. Bunun nəticəsidir ki, istehsalımız ildən-ilə artır. Məhsullarımız daxili bazarın təmin edilməsi ilə yanaşı, xarici bazarlara da ixrac olunur.
2018-ci ildə təsərrüfatımızda 2 min 200 ton quş əti və 300 milyon ədəddən artıq əmtəəlik yumurta istehsal olunub ki, bundan 15 milyonu xarici ölkələrə ixrac edilib. Eyni zamanda, il ərzində 15 min baş damazlıq fərə Gürcüstana ixrac olunub”.
Nemət Babaşov qeyd edib ki, cari ildə də keyfiyyətli toyuq yumurtası ixrac etmək məqsədilə yeni müqavilələr bağlanır, marketinq və logistika araşdırmaları aparılır: “Bununla bağlı, İran İslam Respublikasına 50 milyon ədəd yumurta ixrac olunması üçün müqavilə bağlanılıb və bundan 1,8 milyon ədədinin ixracı ötən həftə həyata keçirilib.
2017-ci ildə “Hacıqabul Quşçuluq” MMC-nin törəmə müəssisəsi olan “Sabirabad Quşçuluq” şirkətinin əmtəəlik yumurta və quş əti istehsalı fabrikinin fəaliyyəti ilə tanış olmağınız bizi ruhlandırdı və yeni investisiyaların qoyulması üçün stimul yaratdı”.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub




























