Mübariz Mənsimov Azərbaycanda 300 işçi axtarır - ELAN
Azərbaycanlı iş adamı, Türkiyədə çalışan Mübariz Mənsimov "İnstagram" hesabında şirkətində vakant yerlərə vakansiyanın olması haqda məlumat paylaşıb.
Biznesmen Azərbaycan vətəndaşları üçün 300 yerə vakansiya elan edib. "Marja" sözügedən statusu təqdim edir:
"Dəyərli dostlarım, bacılarım vэ qardaşlarım. Mənə hər zaman müraciət edirsiz. Hamısını tək-tək oxuyuram. Sizin ürək sızladan mesajlarınızı oxuyub, kömək edə bildiyim qədər yardım da etməyə çalışıram. İşsizlikdən, ailələrinizə baxa bilmədiyinizdən gileylənirsiniz. Bura gəmiçi şirkətidir. Mənim də sizə təklif edə biləcəyim işlər sırf bu sahəyə uyğundur. Ona görə də, şirkətdə bir araya gəlib yeni vakant yerlər açdıq. Gəmilərimizə əlavə 300 işçi götürəcəyik. Bu arada onu da sevinərək və qürurlanaraq deyim ki, gəmilərimizdə çalışan işçilərimizin 60 faizi həmvətənlərim, Azərbaycan vətəndaşlarıdır. Amma bu işdə siz də bizə kömək etməlisiniz. Dənizçilik sənəti olmayan, amma bizdə işləmək istəyən dostlar, Bakıda artıq uzun zamandır anlaşdığımız və çalışdığımız iş ortağımız var: İlham Nəsirov [email protected] (+994 55 226 48 99), O, sizə düzgün istiqamət verəcək. Dənizçilik kurslarına yönləndirəcək və siz də oranı bitirdikdən sonra bizim gəmilərdə işə götürüləcəksiniz. Maaşlarımız ailənizi saxlaya biləcək maaşlardır. Bizdən ofis işi gözləməyin, bu bir dənizçi şirkətidir. Bizim pulumuz dənizdən çıxır. Biz bəzi məmurlar kimi haram yolla pul qazanmır, dövlətin cibinə girmirik, xaricə pul qaçırtmırıq. Biz əziyyətlə, halallıqla qazanırıq və qazandığımızı yenə xalqımızın yolunda xərcləməkdən qürur duyuruq. Kaş ki, xaricdə yaşayan digər azərbaycanlı iş adamlarımız da öz həmvətənlərimizə kömək olaydılar.
Bizim dövlət güclü dövlətdir. Güclü dövlət qalması üçün birlikdə çalışmalı, insanımızın da güclü, savadlı, sağlam olmasına nail olmalıyıq".
Müştərilərin xəbərləri
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
“Bank Respublika”nın xalis mənfəəti 18 faizə yaxın artıb
Azərbaycan neftinin son qiyməti - 7 dollardan çox ucuzlaşıb
Rəsmi məzənnələr açıqlandı
"Turanbank"ın xalis mənfəəti 2 dəfədən çox artıb
PAŞA Bank-ın xalis mənfəəti 10%-ə yaxın artıb
Ən çox oxunanlar
Tramp İranla müharibənin “bitməyə çox yaxın” olduğunu dedi
“İki gün ərzində Pakistanda ABŞ–İran görüşü baş tuta bilər”
Xalq Bank 2026-cı ilin 1-ci rübünü xalis mənfəətlə bağlayıb - BANKIN SON MALİYYƏ VƏZİYYƏTİ MƏLUM OLDU
Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Qarabağ filialı açılıb
TƏBİB-ə yeni İcraçı direktor təyin edildi
Fövqəladə hallar nazirinə iki yeni müavin təyin olunub
"Ziraat Bank Azərbaycan"ın xalis mənfəəti 1,6 dəfə artıb





.jpg)









.jpg)



