Bostan məhsulları, şəkər çuğunduru və günəbaxan istehsalı azalıb
Kənd təsərrüfatında bitkiçilik məhsullarının yığımı başa çatmışdır.
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, 2018-ci ildə payızlıq və yazlıq dənli və dənli paxlalı bitkilərin (qarğıdalısız) 1 milyon 51,4 min hektar əkin sahəsindən 3 milyon 61,3 min ton və ya 2017-ci illə müqayisədə 13,7 faiz çox məhsul götürülmüşdür. Orta hesabla hər hektardan əldə edilmiş məhsul 29,1 sentner təşkil etmişdir.
Bundan əlavə 31,7 min hektar dən üçün qarğıdalının əkin sahəsindən 247,9 min ton və ya əvvəlki illə müqayisədə 5,2 faiz çox məhsul toplanmış, hər hektardan orta hesabla 57,7 sentner qarğıdalı dəni götürülmüşdür.
2018-ci ildə sahələrdən 1521,9 min ton və ya əvvəlki ilə nisbətən 8,3 faiz çox tərəvəz, 898,9 min ton (1,6 faiz az) kartof, 401,9 min ton (8,2 faiz az) bostan məhsulları, 1 milyn 10,8 min ton (5,9 faiz çox) meyvə və giləmeyvə, 167,6 min ton (9,6 faiz çox) üzüm, 868,6 ton (12,0 faiz çox) yaşıl çay yarpağı, 299,4 min ton (31,2 faiz az) şəkər çuğunduru, 232,2 min ton (11,9 faiz çox) pambıq, 24,3 min ton (20,6 faiz az) dən üçün günəbaxan, 6,3 min ton (18,8 faiz çox) tütün yığılmışdır.
Müştərilərin xəbərləri
“Qarabağdan Silikon Vadisinə” adlı yeni startap proqramı elan olunur - 50 MİN DOLLARADƏK DƏSTƏK VERİLƏCƏK
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Azercell-in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ildə 5500-dən çox müraciət daxil olub
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 1 saat əvvəl
-
-
1 saat əvvəl
“Beneva” şirkətinin bioloji aktiv qida məhsulu tələblərə cavab vermədiyindən məhv edilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Yeni Bakı-Laçın reysi fəaliyyətə başlayır - Gedişhaqqı 16,10 AZN müəyyən edilib
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Qubada neft-qaz axtarılacaq - SOCAR ilə “Gran Tierra Energy Inc.” saziş imzaladı
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Kapital Bank-ın İdarə Heyətinə yeni təyinat - Bankın ödənişlər biznesinə və PashaPay-ə rəhbərlik edəcək
Ən çox oxunanlar
12 bankın xalis mənfəəti azalıb
“AFB Bank”da iclas keçiriləcək
2 səhmdar paylarını Nicat Həsənova bağışlayıblar - Lombard şirkəti tam nəzarətinə keçib
"Azərsilah"ın Şirvandakı zavodunda qəza olub



























