Türkiyə Mərkəzi Bankı faiz qərarını açıqladı
Türkiyə Mərkəzi Bankı faizi dəyişdirməyib.
Türkiyə Mərkəzi Bankı pul siyasəti faizini dəyişdirməyərək 24%-də saxlayıb.
"Marja" xəbər verir ki, analitiklər də faiz nisbətində dəyişiklik edilməsini gözləmirdilər.
Bankın açıqlamasında inflyasiyada diqqətə çarpan bir yaxşılaşmaya qədər sərt duruşun qorunacağı vurğulanıb.
Qərardan sonra ilk reaksiya olaraq Dolların məzənnəsi 5.41-dən 5.38-ə geriləyib. Bakı vaxtı ilə saat 15:25-də Dollar/Türk Lirəsi məzənnəsi 0,9% minusda 5.38 səviyyələrində olub (Dollar ucuzlaşıb, Lirə bahalaşıb).
Bankın qərar mətnində bu ifadələrə yer verilib:
"Son dövrdə açıqlanan məlumatlar iqtisadiyyatdakı sabitləşmə meylinin gücləndiyini göstərməkdədir. Xarici tələb gücünü qoruyur. Digər tərəfdən faizlərin yüksək olmasının da təsiri ilə iqtisadi fəaliyyətdəki yavaşlama davam etməkdədir.
İdxalın bahalaşması və daxili tələbə dair inkişaflara bağlı olaraq inflyasiya görünüşündə bir miqdar yaxşılaşma müşahidə edilməklə bərabər, qiymət sabitliyinə istiqamətli risklər davam etməkdədir. Bu çərçivədə İdarə Heyəti, inflyasiya görünüşündə diqqətəçarpan bir yaxşılaşma təmin edilənə qədər sərt mövqeyin (yüksək faizlərin) qorunmasına qərar vermişdir".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 2 həftə sonra
-
1 həftə sonra
“Əmanət” lotereyası - 50 000 AZN olmaqla iki əsas uduşdan birini qazanmaq şansı ®
-
- 14 d. əvvəl
- 36 d. əvvəl
-
58 d. əvvəl
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
Dövlət Agentliyinə məxsus şirkət ləğv olunur
İlk 3 ayda Azərbaycan vətəndaşları Türkiyədə 174 mənzil alıblar
Kürdəmir stansiyası sərnişinlərin istifadəsinə verilir
Azərbaycan Kredit Bürosunun Müşahidə Şurasına yeni sədr seçilib
Ən çox oxunanlar
ADY: Hövsan marşrutu üzrə qatarların alışı başlayıb
PAŞA Bank-dan sahibkarlar üçün yeni kredit kampaniyası
Dövlət satınalmalarının vahid internet portalına bir sıra mühüm funksionallıqlar əlavə olunub
"Kapital Bank"ın istehlak kreditləri portfeli 5% artıb
Aprelin 18-də gözlənilən hava şəraiti





.jpg)
.jpg)







.jpg)







