Gələn ildən Gəncədə elektrobuslar istehsal olunacaq
Gələn ildən Gəncə avtomobil zavodunda Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə birlikdə elektrobusların istehsalı planlaşdırılır. İstehsala başlamazdan əvvəl Gəncədə belaruslu mütəxəssislərin iştirakı ilə monitorinqlər keçiriləcək və şəhərdə hansı tutumlu elektrobuslara ehtiyac olduğu müəyənləşdiriləcək. Bundan sonra tutumundan asılı olaraq kiçik və böyük qabaritli elektrobuslar istehsal olunacaq. Elektrobuslar istifadəyə verilməzdən əvvəl şəhərin müxtəlif ərazilərində enerji doldurma stansiyaları quraşdırılacaq.
Bu barədə Belarusun ölkəmizdəki səfiri Gennadi Axramoviç ilə Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovun görüşündə məlumat verilib.
Şəhər icra hakimiyyətində keçirilən görüşdə Azərbaycan ilə Belarus arasındakı əlaqələrdən söz açılıb və müxtəlif sahələri əhatə edən əməkdaşlığın genişləndirilməsinin vacibliyi vurğulanıb.
Qeyd olunub ki, Gəncə avtomobil zavodu sənaye sahəsində Belarus-Azərbaycan əməkdaşlığının flaqmanıdır. On ildən artıqdır ki, bu zavod traktor, avtomobil, kommunal texnika və xüsusi texnikanın yığılması əməliyyatlarının həyata keçirilməsində Belarusun texnika istehsalı üzrə aparıcı müəssisələri ilə fəal əməkdaşlıq edir. Bu illər ərzində Gəncə avtomobil zavodu Azərbaycan bazarını müxtəlif modifikasiyalı traktor və avtomobil texnikası ilə təchiz edib.
Söhbət zamanı birgə layihələrin icrası, qarşılıqlı təcrübə mübadiləsi, işçi görüşlərinin təşkili və digər məsələlər müzakirə olunub.
Görüşdə Gəncə avtomobil zavodu İstehsalat Birliyinin direktoru Kamran Nəzərov da iştirak edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
20 d. əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 27 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 1 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)






.jpg)








