SOCAR İstiqrazlarından növbəti rekord
Növbəti faiz ödənişinə 1 aydan çox vaxt qalmasına baxmayaraq, SOCAR İstiqrazları rekord qiymətə satılıb
SOCAR İstiqrazlarının marketmeykeri “PSG Kapital” şirkətindən “Marja”ya verilən məlumata əsasən, 5 dekabr tarixində istiqrazların satışı 1032 dollardan gerçəkləşib. Bu, buraxıldığı gündən indiyədək SOCAR İstiqrazları üzrə baş tutmuş ən yüksək satış qiymətidir.
İstiqrazların rekord qiymətə satışı, onlara olan tələbatın kəskin artımı ilə bağlıdır.
SOCAR-ın 2016-cı ildə daxili bazar üçün dollarda buraxdığı istiqrazlarının müddəti 5 il, illik gəlirliliyi 5%, faiz ödənişi isə hər 3 aydan birdir.
Qeyd olunan qiymətli kağızlar üzrə indiyədək 8 dəfə faiz ödənişi olub. Növbəti faiz ödənişi 17 yanvar 2019 tarixində həyata keçiriləcək.
SOCAR İstiqrazlarının başlıca üstünlükləri SOCAR tərəfindən verilən nominal qiymətə alış zəmanəti, likvidliyin yüksək olması, əməliyyatların rahatlığı və faiz ödənişlərinin daim qrafikə uyğun aparılmasıdır.
SOCAR İstiqrazlarının sahibləri istiqrazlarını girov qoymaqla, dollarda illik 5% olan gəlirlərini itirmədən, qısa və uzunmüddətli kreditlər götürmə imkanına da malikdirlər.
SOCAR İstiqrazlarını əldə etmək 1 və 5 saylı ASAN xidmət mərkəzlərindən mümkündür.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 3 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
-
1 saat əvvəl
Məşhur avtomobil tüninqi şirkəti BRABUS Azərbaycanda daşınmaz əmlak layihəsi təqdim edir
-
1 saat əvvəl
“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Assist Finance İnvestisiya Şirkəti”ndə ciddi azalmalar baş verib
"Hermes Finance"da yığıncaq keçiriləcək
"Level Leasing"də yığıncaq keçiriləcək
Ən çox oxunanlar
"Azər-Türk Bank"da yığıncaq keçiriləcək.
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 21 GÜN
Bakı Ağ Şəhərdə torpaq sürüşməsi
Bank of Baku-dan ölkəxarici pul köçürmələrinə ENDİRİM
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi







.jpg)












