Manat bu valyuta qarşsında 60 faizə yaxın bahalaşıb - VALYUTA BAZARI VƏ MANATIN MƏZƏNNƏSİ
2018-ci ilin 9 ayında valyuta bazarı özünü tənzimləmə rejimində fəaliyyət göstərmiş və manatın xarici valyutalara nəzərən məzənnəsi tədiyə balansı üzrə meyillərə uyğun formalaşmışdır. Ölkənin xarici ticarət dövriyyəsinin artması ilə əlaqədar 2018-ci ilin 9 ayında valyuta bazarının hər iki seqmentində - qeyri-nağd və nağd valyuta bazarlarında əməliyyatların həcminin artması müşahidə edilmişdir.
"Marja" bu barədə, Azərbaycan Mərkəzi Bankının 2018-ci ilin yanvar-sentyabr ayları üzrə pul siyasəti icmalında bildirilir.
İcmalda qeyd edilib ki, qeyri-nağd valyuta bazarında aparılmış əməliyyatların həcmi 17.7 mlrd. ABŞ dollar ekvivalentində olmuşdur. Dövr ərzində qeyri-nağd valyuta bazarında əməliyyatların 84%- i ABŞ dollarında, 16%-i digər valyutalarda aparılmışdır.
Qeyri-nağd valyuta əməliyyatlarının 66.9%-i banklararası valyuta bazarında (BVB), 33.1%-i isə bankdaxili valyuta bazarında (BDVB) aparılmışdır.
Hesabat dövründə BVB-də ABŞ dolları ilə aparılmış əməliyyatların 53.6%-i bankların valyuta mövqeyinin tənzimlənməsi ilə əlaqədar olmuşdur. BVB-da valyuta əməliyyatları üzrə dövriyyə əsasən “Bloomberg” platformasında aparılan əməliyyatlar hesabına formalaşmışdır.
BDVB-də valyuta əməliyyatlarının həcmi 11.8 mlrd. dollar ekvivalentində olmuşdur ki, bunun da 51.2%-ni ABŞ dolları ilə əməliyyatlar təşkil etmişdir. BDVB-də valyuta əməliyyatlarının 92.6%-i hüquqi şəxslərlə aparılan valyuta əməliyyatları təşkil etmişdir.
Banklar tərəfindən nağd xarici valyutanın alqı-satqısı üzrə aparılmış əməliyyatların həcmi hesabat dövründə 5 mlrd. ABŞ dolları ekvivalentində olmuşdur. Bunun 3.9 mlrd. dollarını və ya 78%-ni ABŞ dolları ilə aparılmış əməliyyatlar təşkil etmişdir.
2018-ci ilin 9 ayında da Mərkəzi Bankda Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) valyuta satışlarının həyata keçirilməsi məqsədilə hərracların təşkili davam etdirilmişdir. Valyuta hərracları həftədə iki dəfə keçirilir, hər bir hərracın parametrləri haqqında məlumatlar hərrac başlamazdan əvvəl “Bloomberg” terminalı vasitəsilə bazar iştirakçılarına elan edilir.
2018-ci ilin yanvar-sentyabr ayları ərzində Mərkəzi Bank tərəfindən ümumilikdə 75 valyuta hərracı keçirilmişdir. Dövr ərzində ARDNF-in xarici valyuta satışları 4 milyard 289.4 milyon ABŞ dolları təşkil etmişdir.
2018-ci ilin yanvar-sentyabr aylarında da manatın rəsmi məzənnəsi banklararası əqdlər üzrə orta məzənnə (“Bloomberg” platformasında hərraclar və hərracdan kənar əməliyyatlar nəzərə alınmaqla) əsasında müəyyən edilmişdir.
Dövr ərzində manatın ABŞ dollarına qarşı orta günlük rəsmi məzənnəsi 1.7000 manat təşkil etmişdir. Banklar tərəfindən müəyyən edilən xarici valyutanın alış-satış məzənnələri rəsmi məzənnəyə yaxın olmuşdur. Dövr ərzində kommersiya banklarının orta günlük alış məzənnəsi 1.6960, satış məzənnəsi isə 1.7023 manat təşkil etmişdir. Rəsmi məzənnə ilə kommersiya banklarının orta günlük alış məzənnəsi arasında fərq 0.2% (0.004 manat), satış məzənnəsi ilə isə 0.1% (0.0023 manat) olmuşdur.
Dövr ərzində manat ABŞ dollarına qarşı 0.01%, Türk lirəsinə qarşı 58.3%, Avroya qarşı 2.6%, İngiltərə funt sterlinqinə qarşı 2.9%, Rus rubluna qarşı 13.9% möhkəmlənmişdir.
İkitərəfli məzənnələrin dinamikası çoxtərəfli məzənnənin dinamikasına da təsir göstərmişdir. 9 ayda manatın qeyri-neft sektoru üzrə ümumi ticarət çəkili real effektiv məzənnəsi 8.8% möhkəmlənmişdir.
NEM-in 15.2% bahalaşması REM-ə artırıcı, tərəfdaş ölkələrlə inflyasiya fərqləri isə azaldıcı təsir etmişdir. 2014-cü ilin sonundan bəri isə manatın real effektiv məzənnəsi 30.6% ucuzlaşmışdır ki, bu da qeyrineft sektorunun rəqabət qabiliyyətini dəstəkləyən faktordur.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 2 saat əvvəl
-
- 3 saat əvvəl
-
3 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 3 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
3 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)
.jpg)






.jpg)


.jpg)








