Azərbaycan xalçaları 150-200 min dollara satılıb - QİYMƏTLƏR
“Azərxalça” ASC-nin mətbuat xidmətindən bildirilib ki, 1998-ci ildən 2017-ci ilədək hərraca çıxarılan 100-dən çox qədim xalça haqqında məlumatlar əldə olunub.
“Christieʼs” hərrac evində 1998-ci il oktyabrın 15-də keçirilən hərracda XVIII əsrin sonlarına aid “Əjdahalı” çeşnisi ilə toxunan xalça 58 min 747 ABŞ dollarına satılıb. Elə həmin hərrac evində 2002, 2003, 2006, 2008 və 2014-cü illərdə XVIII və XIX əsrlərdə toxunan 12 qədim Azərbaycan xalçası hərraca çıxarılıb. Bu xalçalar sırasında ən baha qiymətə satılanı XIX əsrin birinci yarısında toxunan xalçadır. Bu xalça 152 min 592 ABŞ dollarına satılıb.
2006-cı ilin dekabr ayında ABŞ-ın Pensilvaniya ştatının Filadelfiya şəhərində yaşayan Robert Montqomeri Skott tərəfindən hərraca çıxarılan, XVIII əsrin sonu, XIX əsrin əvvəllərində toxunan Azərbaycan xalçasına çox böyük maraq göstərilib. Həmin xalça 341 min 625 ABŞ dollarına satılıb. Bu, ölçüsünə görə ən baha qiymətə satılan Azərbaycan xalçasıdır. Cəmi 3 kvadratmetr olan heç bir xalça belə baha qiymətə satılmayıb.
2013-cü ildə Vyanada, Londonda, 2014-cü ildə isə Nyu-Yorkda keçirilən hərraclarda XVIII və XIX əsrlərdə toxunmuş Azərbaycan xalçaları satışa çıxarılıb. “Qarabağ”, “Qazax-Borçalı”, “Təbriz”, “Quba” qruplarına aid olan xalçaların ən ucuzu 10 min avroya, ən bahalısı isə 233 min ABŞ dollarına satılıb.
Azərbaycan xalçaları 2016-cı il noyabrın 20-də keçirilən “Grogan” hərracında da satışa çıxarılıb. ABŞ-da fəaliyyət göstərən bu hərrac evi Mitçel və Rozali Rudnikin şəxsi kolleksiyasının satışını həyata keçirib.
Mitçel və Rozali Qafqaz xalçalarını 1980-ci illərin əvvəllərindən toplamağa başlayıblar. Nyu-İqlənd Xalça Cəmiyyətinin fəal üzvləri olan ər-arvad həmin xalçaları əsasən İstanbul, Milan, Paris, London və Münxendən alıblar.
Hərracda ABŞ və Avropa ölkələrindən olan alıcılar iştirak edib. “Grogan”da satışa çıxarılan bu xalçalar ümumilikdə 744 min 200 ABŞ dollarına satılıb.1810-cu ildə toxunmuş Quba namzalıq xalçasını hərracda ən baha qiymətə - 61 min ABŞ dollarına Boston İncəsənət Muzeyi alıb. 100 alıcının iştirak etdiyi hərracda 15-dən çox xalça 10 min ABŞ dollarından baha qiymətə satılıb.
“Azərxalça” hərraclarda satılan xalçaların çeşniləri əsasında yeni məhsullar istehsal edir. Müasir Azərbaycan xalçaçıları tarixi yaddaşın, qədim çeşnilərimizin bərpası ilə milli dəyərlərimizə sahib çıxdıqlarını nümayiş etdirirlər.
Dünyanın müxtəlif ölkələrində keçirilən hərraclarda satılan xalçaların çeşniləri əsasında istehsal olunan bəzi məhsulların fotoşəkillərini təqdim edirik.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
2 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
-
2 saat əvvəl
"Trendyolmilla" ilkə imza atıb: Regenerativ pambıqdan cins kolleksiyası
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
Ən çox oxunanlar
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi
Azərbaycan neftinin son qiyməti
Expressbank Quba-Xaçmaz regionunda sahibkarlar üçün “Maliyyə savadlığı” təlimi keçirib
Dövriyyə 10 min dolları keçdiyi halda, vergi uçotu tələb olunacaq - Qeyri-rezidentlər üçün yeni qaydalar gəlir






















