"720 milyard dollarlıq satış gözlənilir. Bir alıcı 1007 dollar xərcləyəcək"
ABŞ-da hər il noyabr ayının əvvəlindən dekabr ayının sonuna qədər davam edən və "Minnətdarlıq Günü" (Thanksgiving Day), "Qara Cümə" (Black Friday), "Kiber Bazar Ertəsi" (Cyber Monday), "Milad" (Christmas) və "Yeni İl Günü" (New Years Day) əhatə edən istirahət mövsümündə bu il pərakəndə satışlarda rekord qırılacağı ehtimal edilir.
"Marja" xəbər verir ki, ölkədə işsizlik nisbəti 3,7% ilə 1969-cu ildən bu yana ən aşağı səviyyədədir, işləyənlərin ildən-ilə maaş artıb. Ölkədə maaşlar 2009-cu ildən bu yana ilk dəfə 3%-dən çox artır və istehlakçı etibarı son 18 ilin ən yüksək səviyyəsinə qalxıb. Bu səbəblərə görə builki istirahət mövsümündə Amerikanın pərakəndə satıcıları istehlakçılardan güclü tələbat gözləyirlər. Bundan başqa, ölkədə pərakəndə satışların oktyabrda bir əvvəlki aya nisbətən 0,8% artım göstərərək 0,5%-lik bazar gözləntisini geridə qoyması noyabr-dekabr aylarını əhatə edəcək tətil mövsümündə satışların güclü olacağı siqnalını verir.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
ABŞ Prezidenti Donald Trampın xarici ölkələrdən idxal edilən mallara əlavə gömrük vergisi tətbiq etməsinin tətil mövsümünə təsir göstərməyəcəyini bildirən mütəxəssislər, sözügedən gömrük vergilərinə qarşı Amerikanın pərakəndə şirkətləri anbarlarını aylar öncədən doldurublar.
GÖZLƏNTİ YÜKSƏKDİR
ABŞ Milli Pərakəndə Satıcılar Birliyinin (NRF) məlumatlarına görə, keçən il ölkə daxilində 687,9 milyard dollarlıq satış həyata keçirilən "Tətil Mövsümündə" bu il 4,3 ilə 4,8 faiz arasında artımla bu miqdarın 717,4 ilə 720,9 milyard dollar arasında reallaşaraq ekord qıracağı nəzərdə tutulur. Məlumatlara görə, keçən il 967 dollar olan amerikalı bir istehlakçının tətil mövsümündəki orta hesabla xərcinin bu il 4,1 faiz artımla 1007 dollara yüksələcəyi gözlənilir. İstehlakçıların ən çox endirimli məhsullara üz tutması gözlənilir.
Alış-veriş üçün Amerikalı istehlakçıların 55%-inin internet saytlarına və mağazalara üz tutacağı ehtimal edilir.
164 MİLYON İNSAN ALIŞ-VERİŞ EDƏCƏK
ABŞ-ın istirahət mövsümündə ən çox satışın həyata keçirildiyi günlər arasında, cümə axşamı günü qeyd olunan "Minnətdarlıq Günü", endirimli alış-verişin bütün ölkəyə yayıldığı "Qara Cümə" və bunun ardınca "Kiber Bazar" ertəsi yer alır.
NRF məlumatlarına görə, həmin tarixlər arasındakı 5 gündə keçən il 174 milyon Amerikalı alış-veriş edərkən, bu il bu rəqəmin 164 milyon olacağı təxmin edilir.
ABŞ-da hər il olduğu kimi bu il də istehlakçıların ən çox "Qara Cümə" günü alış-veriş etməsi gözlənilir.
Qeyd edək ki, bu gün "Qara Cümə"dir.
45 MİLYON HİND QUŞU YEYƏCƏKLƏR
ABŞ maliyyə araşdırma şirkəti "Wallethub", 327,6 milyon insanın yaşadığı ABŞ-da bu il təxminən 45 milyon hind quşunun Minnətdarlıq Günündə yeyiləcəyini bildirib.
Amerikan Fermerlər Federasiyasının (AFBF) məlumatına görə, bu il 7,25 kiloqram ağırlığında bir hind quşunun orta hesabla qiyməti 21,71 dollardır. Sözügedən məbləğ ötən ilə nisbətən 3 faiz, 2016-cı illə müqayisədə isə 4,5 faiz azalıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 2 gün sonra
-
-
1 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Samir Rzayev: Naxçıvan reyslərində dəyişikliklər uçuş təhlükəsizliyi nəzərə alınaraq keçirilir
- 12 saat əvvəl
-
12 saat əvvəl
Rusiya AZAL təyyarəsinin vurulması ilə bağlı yaxın zamanda kompensasiya köçürəcək
-
12 saat əvvəl
15 il əvvəl bazardan çəkilmişdi, 100 yeni restoranla geri qayıdır
-
12 saat əvvəl
2 milyard 428 milyon dollarlıq ixracla Türkiyə tarixinin gündəlik ixrac rekordu yenilənib
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
20 saat əvvəl
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 21 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
ABŞ və İran atəşkəsin 60 gün uzadılmasını müzakirə edir
Ən çox oxunanlar
Ödənişlər qeyri-həyat sığortası üzrə 17 %-dən çox, icbari sığortalar üzrə 21 %-dən çox artıb
Azərbaycana düyü idxalı 18,3% azalıb
Bakının 64 yaşayış məntəqəsinin kanalizasiya sistemi qurulacaq, 30 əsas küçə və prospektində yeni kollektorlar inşa ediləcək
Azərbaycan neftinin son qiyməti
Mayın 24-nə olan hava proqnozu - 28 dərəcəyədək isti olacaq
“Finex Kredit” BOKT-da ciddi azalmalar baş verib, 1 milyon 373 min manat zərərə düşüb







.jpg)







.jpg)









