SOCAR Ukraynada təbii qaz satışlarına başlayıb
SOCAR Ukraynanın daxili bazarında təbii qaz ticarətinə başlayıb. 2016-cı ilin dekabrın 30-da SOCAR-ın Ukraynadakı törəməsi olan "SOCAR Ukraine Ticarət Evi" "ERU Trading" şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, SOCAR-ın törəməsi şirkətə 131 mln. kubmetr qaz satacaq.
Ötən ilin dekabrın 14-də isə "SOCAR Ukraine Ticarət Evi" "Ukrtransqaz" şirkəti ilə müqavilə imzalayıb. Müqavilənin şərtlərinə əsasən, SOCAR-ın törəməsi Ukrayna şirkətini 2017-ci il ərzində 180 mln. kubmetr həcmində qazla təmin edəcək.
Hazırda "SOCAR-Ukraine Ticarət Evi" "Ukrzaliznıtsa" şirkətinin elan etdiyi tenderdə iştirak edir. Tenderin qalibi Ukrayna şirkətini 36,6 mln. kubmetr qazla təmin etməlidir.
Qeyd edək ki, "SOCAR Ukraine Ticarət Evi" Ukraynada 60 yanacaqdoldurma məntəqəsinə sahibdir.
© APA
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 1 həftə sonra
- 20 saat sonra
-
-
6 d. əvvəl
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
- 13 d. əvvəl
-
26 d. əvvəl
Şərab şirkətinin "sənədsiz spirtə" görə qida təhlükəsizliyi qeydiyyatı ləğv edilib
-
1 saat əvvəl
ADY və İran Dəmir Yollarının rəhbərliyi Astara Terminalında tikinti işlərinin gedişi ilə tanış olub
- 1 saat əvvəl
-
2 saat əvvəl
Çin şirkəti Ələtdə günəş panelləri istehsalı müəssisəsinin tikintisinə hazırlaşır
-
2 saat əvvəl
Bəzi rayonlarda beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq - XƏBƏRDARLIQ
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 2 GÜN
Qazaxıstan taxıl ixracında 13 milyon ton hədəfinə yaxınlaşıb
“BQ” ASC-nin 100 ədəd səhmini 1 investor əldə edib
Ən çox oxunanlar
Yenidən 150 dollar ssenariləri gündəmdədir
İyunun 12-də gözlənilən hava şəraiti
Qızılın qiyməti son 6 ayın ən aşağı səviyyəsinə düşüb
Ələtdə yük hava limanı gələn il istifadəyə veriləcək
Keyfiyyətsiz un sahibkarın qazancını necə “yeyir”?
Mərkəzi Bank daha bir beynəlxalq təşkilata üzv olub





















