"Dəyişiklik gəlirlərinin 50%-inə qədərini həyat sığortasına qoşan şəxslərə təsir etməyəcəkdir”
Azərbaycanda həyatın sığortasında dəyişiklik gözlənilir. Vergi Məcəlləsinə ediləcək dəyişikliklərə əsasən, bundan sonra fiziki şəxslər vergiyə cəlb olunan gəlirlərinin 50 faizi həcmində həyatın yığım sığortası üzrə gəlir vergisindən azad olacaqlar.
Vergilər Məcəlləsinin 116.2-ci maddəsinin aşağıdakı kimi olacağı gözlənilir:
116.2. Fiziki şəxsin Azərbaycan Respublikası sığortaçıları ilə 3 ildən az olmayan müddətə bağlanmış və sığorta ödənişinin sığorta müqaviləsinin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra verilməsini nəzərdə tutan həyatın yığım sığortası və pensiya sığortası üzrə bağladığı sığorta müqavilələri əsasında vergiyə cəlb olunan gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən hesablayıb ödədiyi sığorta haqları vergitutma məqsədləri üçün işəgötürən tərəfindən həmin fiziki şəxsin muzdlu işlə əlaqədar alınan gəlirindən çıxılır.
“Vergilər Məcəlləsinin 116.2 maddəsinə təklif edilən dəyişiklik aylıq gəlirlərinin 50%-inə qədər hissəsini həyatın yığım sığortasına qoşan şəxslərə təsir etməyəcəkdir”.
Bunu "Marja"ya həyat sığortası bazarındakı mənbəsi bildirib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
“Bunu sadə misalla izah edək. Tutaq ki, vətəndaşın aylıq gəliri 1000 AZN-dir. İndiyə qədər vətəndaşın bu gəlirinə vergidən tam azadolma tətbiq edilirdisə, artıq yalnız həmin gəlirin 50 %-i (500 AZN) gəlir vergisindən azad olacaqdır. Yəni vətəndaş ay ərzində öz qazandığı gəlirdən 500 AZN-ə qədər hissəni həyatın yığım sığortasına qoşduqda, yönləndirilmiş bu məbləğ gəlir vergisindən tam azad olacaqdır. Belə ki əgər vətəndaş həyatın yığım sığortası üzrə aylıq 0-500 AZN arası sığorta haqqı ödəyirdisə, bu zaman təklif edilən dəyişikliyin ona heç bir təsiri olmayacaqdır, sığorta haqqı 500 AZN-dən çox olduqda isə, həmin 500 AZN tam olaraq vergidən azad olmaqda davam edəcəkdir, digər hissəyə isə gəlir vergisi tətbiq ediləcəkdir.
Qısaca desək, aylıq gəlirlərinin 50%-inə qədər hissəsini həyatın yığım sığortasına qoşan şəxslərə Vergi Məcəlləsinə edilən dəyişikliyin heç bir təsiri olmayacaqdır”.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 gün sonra
- 4 gün sonra
-
3 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 9 d. əvvəl
- 10 d. əvvəl
- 43 d. əvvəl
- 44 d. əvvəl
-
1 saat əvvəl
Baku Electronics-də “Şansını Tut” başlayıb - Endirimlərin Sehrinə Hazırsınız?
-
2 saat əvvəl
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
- 14 saat əvvəl
-
15 saat əvvəl
2-ci APFM AWARDS mükafatlarının təqdimat mərasimi keçirilib - FOTOLAR
- 16 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Qızıl və gümüş rekord yenilədi
Suriyada yeni pul vahidi dövrü başlayır
"iIT Distribution" şirkətinin Azərbaycanda ofisi açılıb, Ölkə ürə meneceri təyin olunub
Ən çox oxunanlar
Tanınmış iş adamı Mikayıl Yusifov mükafata layiq görülüb
Bir sıra məhkəmələrə hakimlər təyin edilib - SİYAHI
Unibankda yeni təyinat olub
























