Neft daha da ucuzlaşdı - 68 DOLLARA DÜŞDÜ
Neft qiymətləri, ABŞ Prezidenti Donald Trampın OPEC-in ən böyük istehsalçısı Səudiyyə Ərəbistanının hasilatı azaltmaq planını tənqid etməsinin ardından daha da düşüb. Neft 12 gündür ucuzlaşır.
Səudiyyə Ərəbistanın energetika naziri Xalid Al-Falih, istehsalçıların Oktyabr ayındakı hasilatdan 1 milyon barrel az neft istehsal etmələri lazım olduğunu söyləmişdi. Tramp Twitter vasitəsilə verdiyi açıqlamada, "Ümid edirəm ki, Səudiyyə Ərəbistanı və OPEC neft istehsalını azaltmayacaq. Neft qiymətləri təklifə bağlı olaraq daha aşağı olmalıdır" - deyib.
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
"Marja" xəbər verir ki,Trampın açıqlamsından sonra, Brent markalı neft təxminən 2% ucuzlaşaraq 68,69 dolları, ABŞ xam neftinin qiyməti isə 2,1% düşərək 58,67 dolları görüb (Saat 14:10-a olan məlumat).
Neft qiymətləri ötən aydan bəri isə 20 faiz düşüb. Brent neftinin qiyməti Oktyabrın 3-də 86 dolları keçmişdi.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
ABŞ 8 ölkəyə İrandan neft satın almağa icazə verib. Yəni, İranın neft ixracı tamamilə dayanmır, 8 ölkəyə neft satmaqda davam edəcəkdir. Bu, bazarda neft qıtlığı olacağı narahatlığını azaldıb.
ABŞ-ın İranın neft satışlarını hədəf alan sanksiyaları rəsmi olaraq Noyabrın 5-i başladı, ancaq ABŞ-ın xarici işlər naziri Maykl Pompeo, Çin, Hindistan, İtaliya, Yunanıstan, Yaponiya, Cənubi Koreya, Tayvan və Türkiyəyənin bu məhdudiyyətlərdən müvəqqəti istisna olunduqlarını açıqladı.
Həmçinin, ABŞ-da neft hasilatı və ehtiyatları artır.
Digər tərəfdən, Vaşinqton və Pekin arasında ticarət münaqişəsi qlobal artımı ləngidir və neftə təlabatın azalacağı gözlənilir. Yəni, azalan neft istehlakına dair narahatlıqlar da yaranıb. Bütün bu proseslər də neft qiymətlərinə mənfi təsir edir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 5 gün sonra
-
19 saat əvvəl
"Uzbekistan Airways" Rusiya şəhərlərinə uçuşların sayını azaldır
-
- 19 saat əvvəl
-
21 saat əvvəl
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
- 21 saat əvvəl
- 21 saat əvvəl
-
1 gün əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
- 1 gün əvvəl
-
1 gün əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
İyunun 14-də gözlənilən hava şəraiti
“AZENCO”da yeni idarə heyəti və müşahidə şurası seçilə bilər
Azərbaycan nefti ucuzlaşıb
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Azərbaycan Banklar Assosiasiyasının rəhbərliyi Türkiyə Bankalar Birliyinin İllik Toplantısında iştirak edib
Bakı Limanında quru yük aşırılması 77% artıb
PAŞA Capital-da yeni təyinat
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
























