Bakının ən iri həyətində - “Renessans Palace”da Bayraq günü tədbiri keçirilib
(®) “AS Qrup İnvestment” şirkəti Bakının ən iri premium yaşayış kompleksinin həyətində Bayraq gününü qeyd edib.
“Renessans Palace”ın sakinlərinin, ictimai fiqurların şirkət rəhbərliyinin və nümayəndələrinin iştirak etdiyi tədbirdə unudulmaz anlar yaşanıb.
“AS Qrup İnvestment”in təsisçisi Şahin Mövsümov tədbirdə iştirak edən hər kəsin bayramını təbrik edib, xoş arzularını çatdırıb. O,100 illik tarixə malik müqəddəs bayrağı, dövləti yaşadan, ona hazırkı qüdrətini qazandıran ölkə rəhbərliyinə minnətdarlığını bildirib.
Fürstədən istifadə edən şirkət rəhbəri “Renessans Palace” sakinlərinə kompleksin artıq tamamilə təhvil verilmək üzərə olduğunu, mənzil sahiblərinin hamısının təmirə başlaya biləcəklərini və yaza doğru binada yaşayışın başlayacağının müjdəli xəbərini də verib.
Tədbirin həm fəxri qonaqlarından biri, həmçinin kompleksin sakinlərindən olan cümhuriyyətin qurucusu Məmmədəmin Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə də tədbir iştirakçılarından idi və o da söz alaraq səhnəyə çıxdı və “Renessans Palace”ın həyətində toplaşmış hər kəsi, öz qonşularını Bayraq günü münasibəti ilə təbrik edib.
Kompleksin həyətinin müxtəlif guşələrində fərqli mövzularda bayram abu-havasını yaşadan şou proqramlar göstərilib. Tədbir boyu əməkdar artist, tarzən Şəhriyar İmanovun triyosu milli musiqilərimizin ifası ilə qonaqlara xoş ovqat bəxş edib. Bina sakinlərinin üzləri bayraq rənglərinə boyanmış uşaqları birlikdə iri lövhədə “Xəyallarımın evi – “Renessans Palace” mövzulu rəsm çəkiblər. Tədbirin sonunda sakinlər və kompleksin aid olduğu “AS Qrup İnvestment” şirkətinin əməkdaşları birlikdə dövlət bayrağının rənglərində yüzlərlə şarı havaya buraxılıb.
Qeyd edək ki, “Renessans Palace”da hazırda “Payız aksiyası” adlı güzəştli kampaniya keçirilir. Aksiyaya əsasən, payız aylarında kompleksdən mənzil alan şəxslərə 36 min manatadək endirim edilir və hətta endirimli qiyməti 36 ay müddətinə heç bir faiz hesablanmadan hissə-hissə ödəmək imkanı yaradılır. Şərtlərlə ətraflı tanış olmaq və başqa özəl təkliflər əldə etmək istəyən şəxslər 012 5382977 və 050 7158888 nömrələri vasitəsilə “Renessans Palace”la birbaşa əlaqə saxlaya bilərlər.

Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
4 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 7 saat əvvəl
-
7 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)












.jpg)

