"Qlobal iqtisadi artım yavaşlayacaq"
Qlobl iqtisadi artım proqnozu 3,3%-dən 2,9%-ə endirildi
Beynəlxalq kredit reytinqi agentliyi Moody's, qlobal inkişafın qarşıdakı dövrdə likvidliyin azaldılması və artan ticarət gərginlikləri ilə ləngiməsinin gözləndiyini bildirib.
"Marja" xəbər verir ki, Moody's tərəfindən verilən açıqlamada, 2019-cu və 2020-ci illərdə qlobal iqtisadi inkişafın daha əvvəl ehtimal edilən səviyyədən aşağı - 2,9% və ya daha aşağı təşkil edəcəyini gözlənildiyini bildirilib.
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
Bundan əvvəl 2019-2020-ci illərə dair qlobal iqtisadi artımın 3,3 faiz səviyyəsində reallaşacağı gözlənirdi.
Açıqlamada, qlobal ticarətdəki ləngimənin və artan ticarət gərginliklərinin qarşıdakı dövrdə yalnız ABŞ və Çinə deyil, Yaponiya, Cənubi Koreya və Almaniya kimi digər iqtisadiyyatlara da mənfi təsir etməsinin gözlənildiyi bildirilib.
ABŞ və Çin arasındakı ticarət və geosiyasi gərginliklərin bir müddət davam etməsinin gözlənildiyi bildirilən açıqlamada, bunun qlobal ticarət axınının və tədarük zəncirinin yenidən formalaşmasına səbəb ola biləcəyi qeyd edilib.
Moody's-in sədr müavini Madhavi Bokil, "2019-cu ildə inkişaf etmiş iqtisadiyyatlarda artım yavaşlayacaq. Digər tərəfdən, G20 içərisindəki inkişaf etməkdə olan iqtisadiyyatlar zəifliyini davam etdirəcək. ABŞ-da maliyyə təşviqinin azalması, monetar proqramların başa çatması və daha sərt ticarət tədbirləri iqtisadi inkişafı azaldacaq. Avro Bölgəsinin iqtisadi inkişafı mülayim bir hal alacaq",- deyib.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 5 gün sonra
-
- 1 saat əvvəl
-
1 saat əvvəl
Prezident, birinci xanım və qızları sərgilər ilə tanış olublar
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Bakı Fond Birjasında ticarət dövriyyəsi 12 milyard manata yaxın və ya 43% azalıb
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
"Expressbank"da yeni təyinatlar olub
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən çox oxunanlar
“Alfa Kapital BOKT”ın mənfəəti 89% artıb
BOKT-un təsisçilərinin pay bölgüsü dəyişib
Kaya Kallas Azərbaycana səfərə gəlib
Paşinyan: Azərbaycanla yolların tam açılacağına şübhəm yoxdur
"FİDAN" MMC 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Mayın 6-da gözlənilən hava şəraiti






.jpg)
.jpg)








.jpg)








