"Babəkdə təmiri dedikləri vaxtda bitirə bilmədilər" - MÜDDƏT UZADILDI
Babək prospektində təmirə dayandırılan yol hələ də açılmayıb. Nəticədə həmin prospekt və və ətraf ərazilərdə yaranan tıxac sürücülərin ciddi narazılığına səbəb olub.
Yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı bildirib ki, həmin yoldakı təmirlə bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYA) verdiyi proqnozlar özünü doğrultmadı:
ELƏ İNDİCƏ 3% ENDİRİMLƏ KREDİT ƏLDƏ ET
“Təmir işlərini dedikləri vaxtda bitirə bilmədilər. İndi də həmin müddəti uzadıblar. Bu da haqlı olaraq insanların narazılığına səbəb olur. Çünki dedikləri vaxtla əməlləri üst-üstə düşmür. Babək prospektində işlər çox pərakəndə şəkildə həyata keçirilir. Orada müxtəlif podratçı şirkətlər iş görür. Onlar da bir-biri ilə yola getmədiyindən ortaya pis mənzərə çıxır. İki aydır orada asfalt qatı qaşınıb və mütəmadi olaraq yolu hansısa formada bağlayırlar. Bununla bağlı da sürücülər demək olar ki, məlumatlandırılmır. Babək prospekti sanki işinə laqeyd yanaşan hansısa qrupun əlinə düşüb və işi istədikləri kimi görürlər”.
O qeyd edib ki, bu kimi təmir işləri qanunvericiliyin tələblərinə uyğun olaraq həyata keçirilməlidir: “Körpü səbəb deyilmədən mütəmadi şəkildə təmirə bağlanılır. İş icraçılarının üzərində hansısa məsuliyyət olmalıdır. Çünki şəhərin əsas prospektlərindən birini bu qədər uzun müddətə bağlı saxlamaq düzgün deyil. Buradan bir neçə vacib əhəmiyyətli yollara çıxışlar var”.
Aidiyyəti qurumların həmin prospekti tez-tez bağlı saxlamasına adi yanaşdıqlarını deyən ekspert əlavə edib ki, bu, düzgün deyil: “Həmin yoldan gün ərzində yüzlərlə sürücü istifadə edir. Odur ki, məsələyə qeyri-ciddi yanaşmaq düz deyil. İstərdim ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məsələyə ciddi yanaşsın. İnsanları aldatmaq olmaz. Körpüdə pərakəndə şəkildə təmir işləri aparılırdı. Hələ də kənar hissələrdə bəzi təmir işləri qalıb. Bir müddətəndn sonra da görəcəyik ki, hələ də işlər öz həllini tapmayıb”.
E.Muradlı vurğulayıb ki, bu kimi təmir işlərinin uzadılması insanlara maddi və mənəvi zərər vurur.
Azərbaycan Avtomobil Yollari Dövlət Agentliyinin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli isə açıqlamasında bildirib ki, yaxın bir həftə, on gün ərzində Babək prospektinin əsas hissəsində işlər yekunlaşacaq.
Qurum rəsmisinin sözlərinə görə, hazırda Babək prospektində asfalt qatının döşənməsi ilə bağlı işlər aparılır. O əlavə edib ki, AADA prospektin qurulması işlərinə bu ilin əvvəlində başlayıb: "Sadəcə olaraq orada kommunikasiya xətləri yenilənməsi bizim işimizi xeyli ləngitdi. Təqribən bir ay yarıma orada kommunikasiya xətlərinin yenilənməsi və köçürülməsi başa çatdı. Bir həftəyə, on günə kimi Babək prospektinin əsas hissəsi - Ramstor yol qovşağından başlayaraq, Heydər Əliyev prospektinin kəsişməsi hissəsindən başlayaraq düz maşın bazarından körpüyə qədər olan hissədə işlərin bitməsi nəzərdə tutulur".
YAPI KREDİDƏN 3 FAİZ ENDİRİMLƏ KREDİT!
© Report
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
23 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
37 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq























