Apamark 30-dan çox şirkətin rəsmi saytını analiz etdi
Daima müştərilərin rahatlığını əsas tutan Apamark şirkəti müxtəlif sahələr üzrə fəaliyyət göstərən 30-dan çox şirkətin rəsmi saytını ilkin Google SEO analiz etmişdir. İlkin Google SEO (Search Engine Optimization) analizin nəticəsi olaraq şirkətlərin rəsmi saytlarında bir çox ciddi boşluqlar aşkar olunmuşdur. Sözügedən boşluqlar bir çox şirkətlərdə marketinq və satış departamentində çalışanların işinə ciddi zərbə vurmaqda davam edir.
Meta Title, Meta Description, Keyword
Əksəriyyət saytlarda Meta Title, Meta Description, Keyword kimi SEO əhəmiyyətli axtarış motorları aşkar edilməmişdir. Meta Title (Başlıq) - bu istifadəçinin hansı bölmədə olduğunu göstərmək üçün saytın kod tərəfində yerləşdirilir. Meta Description açıqlama deməkdir və saytın hər bir səhifəsinin nə haqqında olduğunu göstərmək üçün yerləşdirilir. Axtarış sistemləri səhifə haqqında məlumatları başlıca olaraq bu veriləndən alır, nəticələrdə axtarana göstərərək ilkin məlumat vermiş olur. Keyword - SEO-da ən önəmli elementlərdən birincisidir. Saytın hər bir bölməsini yaratmazdan əvvəl həmin səhifənin hansı sözlərin axtarışında tapılmasını düşünüldüyünü analiz etmək lazımdır. Hər bir səhifənin özünün ayrıca açar sözləri olmalıdır.
Ziyarətçilərini Facebook-da izləyə bilmirlər
Araşdırmaların nəticələri göstərir ki, şirkət saytlarının böyük əksəriyyətində proqramlaşdırma zamanı facebook piksel kodu əlavə edilməmişdir. Facebook piksel kodu sayta daxil olan ziyarətçiləri facebook-da izləmək üçün istifadə olunur.
Saytlar axtarış sistemlərindən uzaq düşüblər
Saytlarında robots.txt və sitemap.xml fayllarının olmaması ucbatından bir çox şirkətlərin rəsmi internet səhifələri google, yandex, və digər kimi axtarış sistemlərinin indeksləməsindən uzaq düşüblər. Bu kod saytı axtarış sistemlərinin (ro)botlarıtərəfindən indeksləyir və saytın ibarət olduğu keçidləri, linkləri, mətnləri və saytın tərkibindəki digər məlumatları botlar tərəfindən axtarış sistemlərinin məlumat bazasına köçürür. Nəticədə internetdə axtarış edən istifadəçi axtarış zamanı saytla (əgər axtardığı məlumat saytda varsa) qarşılaşır.
Qeyd edək ki, sözügedən araşdırmaların nəticələri ilə bağlı hesabat rəsmi olaraq hər bir şirkətin müvafiq nümayəndəsinə göndərilmişdir. Satışının böyük hissəsini internetdən gələn müştərilər təşkil edən şirkətlər öz saytlarını daha dərindən SEO analizi olunması üçün Apamark şirkətinə müraciət edə və ya saytın SEO Analiz bölməsinə daxil ola bilərlər.
Müştərilərin xəbərləri
"2025-ci ildə xarici qurumlarından 100 milyon manatdan artıq vəsait cəlb etmişik" - Bankın sədr müavinilə müsahibə
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
-
32 d. əvvəl
Xamenei Trampı ABŞ gəmilərini dənizin dibinə göndərməklə hədələyib: "İranı məhv edə bilməyəcəksiniz"
- 51 d. əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
- 4 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
EY İlin İş Adamı müsabiqəsinin qalibi açıqlandı
Sərfəli şərtlərlə istehlak krediti
Müasir marketinq: səs-küydən mənaya doğru
Azərbaycanın ən çox ixrac və idxal etdiyi mallar - YENİ SİYAHI
Suraxanının İcra başçısına töhmət verilib
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
Novruza özəl yeni “Uduş xonçası” lotereyası satışa çıxıb - 4 milyon manatdan çox uduş var
Rəsmi məzənnələr açıqlandı
Nestle, Danone və Lactalis barəsində cinayət işi açılıb - məsul rəhbərlər 7 ilə qədər həbs cəzası ilə üz-üzə
Daha bir ölkə Avroya keçə bilər



















