AccessBank-ın beynəlxalq əlaqələri və sənədli əməliyyatlarla iş prinsipi tələbələr tərəfindən maraqla qarşılanıb
AccessBank-ın Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) reallaşdırdığı "UNEC Business Conversation Club" layihəsi uğurla davam edir.
İngilis dilinin biznes istiqamətinin tədrisini nəzərdə tutan layihənin qonaqları AccessBank-ın Beynəlxalq əlaqələr və maliyyə hesabatlılığı departamentinin direktoru Fəridə Pirverdiyeva və Sənədli əməliyyatlar üzrə menecer Fuad Rüstəmov olub.
İlk olaraq Fəridə Pirverdiyeva layihə iştirakçılarına öz sahəsinə dair bankda gedən proseslərdən danışıb. “AccessBank hər zaman nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən dəstəklənib. Bank öz beynəlxalq maliyyə tərəfdaşlarının sayını daha da genişləndirərək, maliyyələşdirmə mənbələrinin diversifikasiyası siyasətini həyata keçirir”. Fəridə xanım, həmçinin, Bankın yenidən maliyyələşmə strategiyasında fəal şəkildə istifadə etdiyi əsas maliyyələşdirmə vasitələrindən danışıb. Onun sözlərinə görə, beynəlxalq maliyyə institutları üçün əsas dəyərlər olaraq bankın fəaliyyətində şəffaflıq, korporativ idarəetmə, davamlılıq, güclü antiböhran idarəetməsi və sosial məsuliyyət siyasəti qalır.
Daha sonra Fuad Rüstəmov sənədli əməliyyatlar sahəsinin özəlliklərindən və iş prinsipindən danışıb: "Beynəlxalq ticarət əməliyyatlarının rahat həyata keçirilməsi və yaranan risklərin aradan qaldırılması üçün beynəlxalq təcrübədə bank qarantiyaları və akkreditivlər kimi alətlərdən geniş istifadə olunur. AccessBank da müştərilərinə müxtəlif növ bank qarantiyaları və akkreditivlər təklif edir. Bu prosesdə bank həm öz imkanlarından istfadə edir, həm də dünyanın aparıcı maliyyə institutlarının dəstəyinə arxalanır. Biz müştərinin ehtiyaclarına uyğun alətin seçilməsi sahəsində tam məsləhət veririk".
Hər iki çıxış tələbələr tərəfindən maraqla qarşılanıb. Layihə iştirakçıları bildirib ki, onlar üçün yeni olan hər iki sahə kifayət qədər maraqlıdır. Nəticədə tələbələr üçün hər iki mövzuda daha bir seminarın təşkil olunması ilə bağlı razılıq əldə olunub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
23 saat sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 19 saat sonra
-
- 2 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 3 saat əvvəl
-
17 saat əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
19 saat əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 20 saat əvvəl
- 21 saat əvvəl
- 21 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Ən çox oxunanlar
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb
























