Hyundai-ın son modeli 5 ulduz aldı - Azərbaycana gətirilir
Hyundai-in son texnologiya işığı altında istehsal etdiyi 3 fərqli mühərrikdə olan elektrik, “hybrid” və “plug-in hybrid” modeli IONIQ, AVRO NCAP toqquşma testlərindən beş ulduz alaraq təhlükəsizlik baxımından çox əhəmiyyətli bir nailiyyət əldə edib.
Hyundai IONIQ, yüksək səviyyəli təhlükəsizlik avadanlıqlarını özündə standart olaraq təqdim edir.
Hyundai IONIQ, markaların qorxulu yuxusu halına gələn Avro NCAP testlərindən maksimum dəyər olan beş ulduzu alıb və böyük uğura imza atıb. Hyundai-ın tamamilə yeni bir modeli olan IONIQ, testlər əsnasında uğurlu nəticələr əldə edərkən böyüklər, uşaq sərnişin, piyada və təhlükəsizlik sistemləri kimi dörd kateqoriyada da ən üst sıralarda yer alıb.
Hyundai Motor Avropa-nın sədr müavini Tomas Schmid bu haqda belə danışıb: "IONIQ üçün Avro NCAP-dən gələn beş ulduz dərəcələri, Hyundai-ın texnologiyasının hansı səviyyədə olduğunu vurğulayır. Seqmentindəki ən təhlükəsiz avtomobillərdən biri halına gələn və müştərilərinə etibarlı əlçatan bir variant təqdim edən Hyundai IONIQ, bütün versiyalarında son texnologiya məhsullarını, aktiv təhlükəsizlik xüsusiyyətlərini standart olaraq təqdim edir".
Radarlar və kamera sensorları, sürücünu səsli və vizual olaraq xəbərdarlıq edən və lazım olduğu hallarda da avtomatik olaraq dövrəyə girən Avtonom Əyləcləmə Sistemi (AEB), Hərəkət Zolağının Tərk Edilməsi ilə Bağlı Xəbərdarlıq (LDW), Aktiv Zolaq Təqib Assistenti (LKA) və Ağıllı Sürət Nəzarət Sistemi (SCCS) yeni avtomobilin standart avadanlıqlarından bəziləridir.
Avro NCAP tərəfindən test edilən bütün bu texnologiyalar ilə yanaşı IONIQ, “Ölü zonanın” xəbərdarlıq siztemi və Arxa Çarpaz Hərəkət Xəbərdarlığı sistemlərini də özündə cəm edir.
Bu sistemlər, hərəkət halında fərq edilməyən və toqquşmaya səbəb ola biləcək ətrafdakı digər vasitə, sərnişin və ya obyektləri sürücüyə xəbər verir. Əlavə olaraq bildirmək lazımıdr ki, IONIQ modelinin 53 faizi möhkəm və davamlı poladlan istehsal edilib.
Hyundai-ın Azərbaycanda rəsmi distribyutoru “Avto Azərbaycan” şirkətindən “Marja”ya bildirildi ki, Hyundai IONIQ-in 2017-ci ildə Azərbaycana da gətirilməsi planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
12 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 12 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
15 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






















