"Səudiyyə Ərəbistanı Tramp üçün neft qiymətlərini aşağı salır"
"Neftin qiymətinin aşağı düşməsi, Səudiyyə Ərəbistanının ölkənin İstanbuldakı Baş Konsulluğunda jurnalist Camal Qaşıqçının öldürülməsi ilə bağlı faciənin əks-sədasının tezliklə minimallaşdırılmasında maraqlı olması ilə bağlıdır".
Bu barədə rusiyalı ekspert, iqtisad elmləri doktoru, professor Nikita Kriçevski bildirib.
Onun sözlərinə görə, bunun nəticəsində Səudiyyə Ərəbistanı bazara əlavə neft tədarükü təklif edir. Neftin qiymətinin azaldılması məsələsində Səudiyyə Ərəbistanının əsas müttəfiqi ABŞ-dır.
"Səudiyyə Ərəbistanının əsas tərəfdaşı və müttəfiqi cənab Trampın simasında ABŞ-dır. Onlar ABŞ-da bu il noyabrın 6-da Konqresə keçiriləcək aralıq seçkilərinə qədər neftin qiymətinin azalmasında maraqlıdırlar. Çünki belə olanda ev təsərrüfatı xərcləri - isitmə sistemi, elektrik enerjisi və ümumilikdə, yanacaq qiymətləri də azalacaq. Burada onlar birgə hərəkət edirlər", - N.Kriçevski deyib.
Professor vurğulayıb ki, yuxarıda qeyd olunan səbəblərdən başqa, indi dünya bazarlarında ümumi narahatlıq var və neft isə xammaldan çox, dünya arenasındakı müxtəlif vəziyyətlərdən asılı olan fond məhsuludur.
Qeyd edək ki, "Brent" markalı neftin dekabr fyuçersləri Bakı vaxtı ilə saat 10:00-a olan məlumata görə, 0,83% azalaraq 76,25 dollar/barelə düşüb.
WTI markalı neftin dekabr fyuçerslərinin qiyməti isə Nyu-York birjasında 1,08% azalaraq 66,60 dollar/barelə enib.
SEMİNARA QATIL, ÖZÜNƏ YATIRIM ET
© Report
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 6 gün sonra
-
-
4 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
5 saat əvvəl
Azərbaycanda yük avtomobillərinin istehsalı 8,7 dəfə, avtobusların istehsalı 4,8 dəfə artıb
- 5 saat əvvəl
- 6 saat əvvəl
-
6 saat əvvəl
“Unibank”ın “Biznesinizə 6 qat dəstək” kampaniyası davam edir
- 6 saat əvvəl
- 7 saat əvvəl
- 8 saat əvvəl
-
8 saat əvvəl
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 24 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
“Azercell CUP 2026” müsabiqəsinə start verilir
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Ən sürətli İnternet hansı mobil operatordadır? - SİYAHI
Ən çox oxunanlar
ABB "Şanslı fərdi sahibkar" lotereyasına start verdi!
Nazirlər Kabinetindən Azərbaycana giriş-çıxış ilə bağlı qərar
Bakı – Tbilisi – Bakı qatarlarına bilet qiymətləri açıqlandı
Mayın 21-nin hava proqnozu - 27° isti gözlənilir
SpaceX rekord IPO-ya hazırlaşır






.jpg)
.jpg)







.jpg)







